...

PwC Azərbaycanda daxili audit üzrə seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2011 14:37 (UTC +04:00)
PricewaterhouseCoopers Azerbaijan (PwC) şirkəti daxili audit üzrə mütəxəssislər üçün seminar keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
PwC Azərbaycanda daxili audit üzrə seminar keçirib

Azərbaycan, Bakı, 31 mart /Trend/

PricewaterhouseCoopers Azerbaijan (PwC) şirkəti daxili audit üzrə mütəxəssislər üçün seminar keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

"Risklərin idarə edilməsi. Daxili auditin qabaqcıl praktikası" mövzusunda keçirilən seminar martın 31-də təşkil edilib. Seminarda daxili auditin funksiyaları, onun keyfiyyəti, əhəmiyyəti və keçid mərhələsi məsələləri müzakirə olunub. Seminarda 100 yaxın daxili audit peşəkarı iştirak edib.

Seminarın açılışında PwC şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə daxili audit direktoru Endryu Kross və audit üzrə menecer Ziya Məmmədov çıxış edib.

"Seminar daxili audit mütəxəssislərinin peşəkarlıq səviyyəsinın artırılnasına istiqamətlənib. "PwC Azerbaijan" təkcə konsaltinq agentliyi deyil. Biz Azərbaycanda daxili auditin səviyyəsinin inkişafına strateji töhfə veririk. Bu, daxili audit sahəsindəki mütəxəssislərinə özlərinin nəzəri və praktiki biliklərinin artırmaq üçün nadir imkandır", - "PwС Azerbaijan"nın audit üzrə tərəfdaşı Vüqar Əliyev deyib.

"Bu seminar bizim apardığımız silsilə seminarlardan biridir. Gələcəkdə auditin müxtəlif aspektlərinə həsr edilən seminar və treninqlər təşkil edəcəyik", - Əliyev qeyd edib.

"PwC" şirkəti öz müştərilərinə sənaye və vergi sahələrində konsaltinq xidmətləri təqdim edir. Dünyanın 154 ölkəsindən 161 000 nəfərdən çox insan "PwC network" şəbəkəsi sayəsində yeni məhsulların yaradılması üçün öz fikrilərini, təcrübə və qərarlarını bölüşürlər.

"PwC" - PricewaterhouseCoopers International Limited (PwCIL) şirkətlər qrupunun fəaliyyət göstərdiyi brenddir. Birlikdə bu şirkətlər "PwC network" şəbəkəsini təşkil edirlər. Şəbəkənin hər bir firması hüquqi baxımdan müstəqildir və nə "PwCIL" şirkətini, nə də digər hansısa şirkəti təmsil edir. "PwCIL" öz müştərilərinə neç bir xidmət göstərmir. O, şirkətin tərkibinə daxil olan şirkətlərə görə məsuliyyət daşımır və onların fəaliyyətinə nəzarət etmir.

Xəbər lenti

Xəbər lenti