...

"Standard & Poor's" 2011-ci ildə Azərbaycan banklarının kredit portfelinin 10 faiz artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2011 20:09 (UTC +04:00)
2011-ci ildə Azərbaycanın bank sektorunda kreditləşmənin artımı davam edəcək.
"Standard & Poor's" 2011-ci ildə Azərbaycan banklarının kredit portfelinin 10 faiz artacağını gözləyir

Azərbaycan, Bakı, 4 aprel /Trend/

2011-ci ildə Azərbaycanın bank sektorunda kreditləşmənin artımı davam edəcək. Bu səbəbdən yeni ehtiyatların formalaşdırılmasına xərclərin səviyyəsi çox güman ki, 2010-cu ildə olduğu kimi, dünya və daxili bazarlarda heç bir əlverişsiz dəyişikliklər baş verməsə 2 faizə yaxın olacaq. Bu barədə bazar ertəsi "Standard & Poor's"in "Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan və Özbəkistan banklarında kredit riskləri üzrə xərclər sabitləşəcək" adlı hesabatında deyilir.

"2010-cu ildə ölkənin bank sektorunda kreditlərin ümumi həcmi 14 faiz artıb, 2011-ci ildə isə biz onun azı 10 faiz artacağını gözləyirik", - hesabatda deyilir.

2010-cu il dekabrın 31-nə olan vəziyyətə görə, "qeyri-standart" kreditlər (tənzimləyici orqanın müəyyənləşdirdiyinə görə) 8 faiz, vaxtı ötmüş kreditlər isə 4,7 faiz təşkil edib.

"Bankların verilən kreditlərin 7,9 faizini ödəyən kreditlər üzrə itkilərinin formalaşdırıldığı ehtiyatlar (31 dekabr 2010-cu il tarixinə olan vəziyyətə görə) yeni ehtiyatların formalaşdırılmasına potensial xərclərin kifayət qədər absorbsiyasına imkan vermir", - xidmətin analitikləri hesab edir.

Xəbər lenti

Xəbər lenti