...

Azərbaycan bankı "RoyalBank"ın səhmlərinin yerləşdirilməsinə başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2011 17:27 (UTC +04:00)
Noyabrın 7-dən etibarən Bakı Fond Birjasında "RoyalBank" ASC-nin ümumi məbləği 10 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanır.
Azərbaycan bankı "RoyalBank"ın səhmlərinin yerləşdirilməsinə başlanacaq

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir N.İsmayılova/

Noyabrın 7-dən etibarən Bakı Fond Birjasında "RoyalBank" ASC-nin ümumi məbləği 10 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanır. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 0,2 manat olmaqla 10 milyon səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Chelsea Capital" çıxış edir.

Bankın nizamnamə kapitalı 22,14 milyon manat təşkil edir, yeni emissiya yerləşdirildikdən sonra isə 24,14 milyon manata çatdırılacaq.

"RoyalBank" Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır, Bakıda və ölkənin regionlarında 32 filialı var. "RoyalBank" 1993-cü il avqustun 2-də "OZ Bank" birgə kommersiya bankı kimi təsis olunub.

Aprelin 6-na olan rəsmi məzənnə 0,7924 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti