...

Azərbaycanda yeni su anbarının təməli qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2011 16:05 (UTC +04:00)
"Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi çərçivəsində Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb.
Azərbaycanda yeni su anbarının təməli qoyulub

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir A.Axundov/

"Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi çərçivəsində Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb. Bu münasibətlə su anbarının təməlqoyma mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin cümə günü yaydığı məlumatda deyilir.

Mərasimdə çıxış edən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin sözlərinə görə, şəhərin su və kanalizasiya sistemlərinin yenidən qurulması rayon əhalisinin içməli suya olan tələbatının tam ödənilməsinə və regionda turizmin inkişafına gətirib çıxaracaq.

Təməlqoyma mərasimində çıxış edən "Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyevin sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün şəhər və rayon mərkəzlərində su və kanalizasiya sistemləri yenidən qurulacaq, əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaq.

Onun sözlərinə görə, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması 2 mərhələdə həyata keçiriləcək.

"Birinci mərhələyə suqəbuledici kompleks, o cümlədən 6 ədəd subartezian quyusunun qazılması, hər birinin tutumu 1000 kubmetr olan 2 ədəd su anbarının inşası, 16 km uzunluğunda boru xəttinin çəkilişi, xlorator qurğusu və laboratoriya binasının inşası daxil edilib", - Tağıyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti