...

Bakı biznes forumu Azərbaycan və İordaniya arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək - nazir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 14:53 (UTC +04:00)
Son illər Azərbaycan və İordaniya arasında əməkdaşlıq uğurla inkişaf edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan-İordaniya biznes forumunda çıxışı zamanı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
Bakı biznes forumu Azərbaycan və İordaniya arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək - nazir (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir N.İsmayılova/

Son illər Azərbaycan və İordaniya arasında əməkdaşlıq uğurla inkişaf edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan-İordaniya biznes forumunda çıxışı zamanı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

"Hesab edirəm ki, bu biznes forum son illər intensiv templərlə inkişaf edən əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək. Artıq investisiyaların təşviqi, İKT sektorunun inkişafı və texniki əməkdaşlıq üzrə bir sıra sənədlər imzalanıb", - Mustafayev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının ümumi həcminin 70 faizini tutur. 2011-ci ildə ölkənin tikinti sektoru 20,3 faiz, son 10 il ərzində isə 7,5 dəfə artıb.

"İki ölkə arasında siyasi əməkdaşlıq çox yüksək səviyyədədir və biz onu digər sahələrdə də inkişaf etdiririk. Bunun üçün zəruri normativ-hüquqi baza var və çatışmayan sənədlərin hazırlanması davam etdirilir", - Mustafayev qeyd edib.

İordaniyanın sənaye və ticarət naziri Hani Mülkinin sözlərinə görə, iki ölkənin sahibkarları və təşkilatları arasında ikitərəfli görüşlər təşkil ediləcək, bu isə əməkdaşlığın daha da inkişaf etməsinə təkan verəcək.

Xəbər lenti

Xəbər lenti