...

Azərbaycan Milli Depozit Mərkəzi rəhbərliyinin yeni tərkibi formalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2011 16:52 (UTC +04:00)
"Milli Depozit Mərkəzi" (MDM) QSC-nin səhmdarlarının ümumi yığıncağı və Müşahidə Şurasının birgə iclası keçirilib və Mərkəzin Müşahidə Şurasının və İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
Azərbaycan Milli Depozit Mərkəzi rəhbərliyinin yeni tərkibi formalaşıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir N.İsmayılova/

Cümə axşamı Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin strukturuna daxil olan "Milli Depozit Mərkəzi" (MDM) QSC-nin səhmdarlarının ümumi yığıncağı və Müşahidə Şurasının birgə iclası keçirilib və Mərkəzin Müşahidə Şurasının və İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü MDM-in məlumatında deyilir.

"Səhmdarların ümumi yığıncağının qərarı ilə Müşahidə Şurasının sədri vəzifəsinə Bəxtiyar Əzizov seçilib. İdarə Heyətinin sədri vəzifəsinə isə Fariz Əzizov təyin edilib", - məlumatda bildirilir.

Bəxtiyar Əzizov 2005-ci ilin noyabrından MDM İdarə Heyətinin sədri vəzifəsini tutub.

Fariz Əzizov 2009-cu ilin fevralından MDM İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Dövlət Əmlak Komitəsi çıxış edirdi. QKDK yaradıldıqdan sonra MDM-in səhmləri onun mülkiyyətinə verildi. Bunun nəticəsi olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

Xəbər lenti