...

Azərbaycan bankı "Bank of Baku" nizamnamə kapitalını iki dəfədən çox artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2011 13:37 (UTC +04:00)
Azərbaycan bankı "Bank of Baku" nizamnamə kapitalını 13,328 milyon manat artırır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) bildirilib.
Azərbaycan bankı "Bank of Baku" nizamnamə kapitalını iki dəfədən çox artırır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Bank of Baku" nizamnamə kapitalını 13,328 milyon manat artırır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) bildirilib.

QKDK bankın 26,18 milyon manat məbləğdə adi sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Emissiyaya hər birinin nominal dəyəri 7,7 manat olan 3,4 milyon səhm daxildir.

Bu emissiya əvvəllər qeydə alınan hər birinin nominal dəyəri 3,78 manat olan sənədsiz səhmlərə konvertasiya üsulu ilə yerləşdiriləcək.

Bankın nizamnamə kapitalı 12,852 milyon manat təşkil edir. Yeni emissiya yerləşdirildikdən sonra onun həcmi 26,18 milyon manata çatdırılacaq.

"Bank of Baku" 2005-ci ildə iki yerli özəl bank - "Bank of Baku" ASC və KB "İlkBank"ın birləşməsi nəticəsində yaradılıb. Hazırda bankın səhmlərinin 40 faizi Türkiyənin NAB şirkətlər qrupuna, 10 faizi Elçin İsayevə (Müşahidə Şurasının sədri), 29 faizdən çoxu "Azpetrol"a və 21 faizə yaxını fiziki şəxs və "Azİnvest" şirkətinə məxsusdur.

Aprelin 3-nə olan rəsmi məzənnə 0,7916 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti