...

"Başak-İnam" sığorta şirkəti "Heydər Zirvəsi"nə yürüşün sığortaçısı oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2011 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

"Başak-İnam" sığorta şirkəti bütün Azərbaycan xalqını ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə təbrik edir.

"Başak-İnam" SŞ ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illiyi ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər Zirvəsi"nə yürüşün sığorta tərəfdaşı və himayəçisi kimi bütün yürüş iştirakçılarının sığortasını həyata keçirdi. Yürüş 7-9 may tarixlərində uğurla gerçəkləşdirildi.

Yürüş zamanı yüngül xəsarət almış iştirakçıların müayinəsi və müalicəsi "Başak-İnam Sığorta Şirkəti" ASC tərəfindən təşkil olundu və bütün xərclər şirkət tərəfindən qarşılandı.

"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak-İnam Sığorta Şirkəti" Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilib. Sonradan bu ortaqlığa "AzərTürkBank" ASC-də qoşulub. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor's reytinqli GROUPAMA SA şirkətin ortaqları siyahısına qatılıb. 2008-ci ildə qəbul edilmiş "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən, 23 yanvar 2009-cu il tarixdən şirkət öz təşkilati-hüquqi formasını QSC-dən ASC-yə dəyişib. Hazırda "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 370 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti