...

AZAL vulkan buludunun yaranması ilə əlaqədar mayın 24-də Bakı-Aberdin-Bakı reysini ləğv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 14:04 (UTC +04:00)
İslandiya ərazisində aktiv vulkan püskürmələri və kül buludunun yaranması ilə əlaqədar "Azərbaycan Hava Yoları" QSC (AZAL) mayın 24-də Bakı-Aberdin-Bakı reysinin icrasını ləğv edib.
AZAL vulkan buludunun yaranması ilə əlaqədar mayın 24-də Bakı-Aberdin-Bakı reysini ləğv edib

Azərbaycan, Bakı, 24 may /Trend/

İslandiya ərazisində aktiv vulkan püskürmələri və kül buludunun yaranması ilə əlaqədar "Azərbaycan Hava Yoları" QSC (AZAL) mayın 24-də Bakı-Aberdin-Bakı reysinin icrasını ləğv edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QSC-nin məlumatında deyilir.

Həmin reys üzrə əldə edilmiş aviabiletlərdə uçuş vaxtının tam cəriməsiz dəyişdirilməsi üçün sərnişinlər aşağıdakı ünvanlara müraciət edə bilərlər: Bakı, Nizami küç., 84. Tel: (+99412) 598 88 80, e -mail: [email protected];

Aberdin: Tel: (+44791) 9146063, e-mail: [email protected]

İslandiya ərazisində vulkan püskürmələri ilə əlaqədar AZAL uçuşlarında mümkün olan dəyişikliklər barədə son məlumatları www.azal.az rəsmi veb-saytında izləməyi xahiş edir.

Xəbər lenti

Xəbər lenti