...

Azərbaycanda iqtisadi gücün və valyuta ehtiyatlarının xeyli artımı müşahidə edilir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 15:34 (UTC +04:00)
Cümə günü Milli Məclisin plenar iclasında 2010-cu il üçün Azərbaycanın dövlət büdəcəsinin yerinə yetirilməsi layihəsinin müzakirəsi başlayıb.
Azərbaycanda iqtisadi gücün və valyuta ehtiyatlarının xeyli artımı müşahidə edilir - nazir

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.Xəlilova/

Cümə günü Milli Məclisin plenar iclasında 2010-cu il üçün Azərbaycanın dövlət büdəcəsinin yerinə yetirilməsi layihəsinin müzakirəsi başlayıb.

Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin dediyinə görə, dövlət büdcəsinin parametrləri ölkə parlamentinin qəbul etdiyi büdcə göstəricilərinin yerinə yetirilməsini, Azərbaycan Prezidentinin müəyyən etdiyi bütün strateji və sosial proqramların həyata keçirilməsini göstərir.

"Ötən il ÜDM-in artımı təmin edilib, qeyri-neft sektorunun inkişaf strategiyası uğurla həyata keçirilib, iqtisadiyyatın davamlı inkişafı, beynəlxalq əməkdaşlığın uğurlu inkişafı təmin edilib. Mərkəzi Bankın apardığı monetar və pul-kredit siyasəti manatın məzənnəsinin stabil saxlanılmasına, əhalinin bank əmanətlərini qorumağa, inflyasiyanın artım riskinin qarşısını almağa imkan verib", - Səmədzadə bildirib.

2001-ci illə müqayisədə ötən il ölkənin ÜDM-i 7,8 faiz, qeyri neft ÜDM 5,1 dəfə, ölkənin valyuta ehtiyatları, strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 30 milyard dollaradək artıb, əhalinin pul gəlirləri istehlak qiymətlərinin indeksini iki dəfə üstələyib.

Səmədzadənin fikrincə, hazırda Azərbaycan hökumətinin büdcə gəlirlərinin maliyyələşdirilməsi ilə bağlı problemi yoxdur və büdcə proqnozlarının yerinə yetirilməsində şəffaflıq xeyli artıb. Bundan başqa, adambaşına düşən büdcə gəlirləri və xərcləri arasında qarşılıqlı əlaqə təmin edilib. Bunu ötən illər etmək çətin idi. Bununla belə, parlament komitəsinin sədri sahibkarlığın inkişafına, əmək müqavilələrinin bağlanmasına böyük diqqət yetirməyi təklif edib. Bu, vergiqoyma bazasını xeyli artırmağa imkan verəcək.

"İqtisadi İnkişaf, Vergilər və Maliyyə nazirlikləri vergilərin və gömrük yığımlarının ödənilməsindən azad edilmə məsələsinə yenidən baxmalıdır", - Səmədzadə qeyd edib.

"İlk dəfə olaraq dövlət büdcəsinin gəlirləri 99,1 faiz yerinə yetirilib və bu göstərici ötən illərlə müqayisdə xeyli yüksəkdir. Bu, ölkənin maliyyə imkanlarının və potensialının gücləndirilməsini sübut edir, eləcə də büdcə gəlirlərinin formalaşdırılmasında iştirak edən qurumların həm dövlət, həm də ictimaiyyət qarşısında məsuliyyətini artırır", - Səmədzadə bildirib.

Onun sözlərinə görə, bu maliyyə sənədi onu deməyə əsas verir ki, 2010-cu ildə ölkənin dövlət büdcəsi Azərbaycanın iqtisadi və milli maraqları nəzərə alınmaqla yerinə yetirilib.

Qanun layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov deyib ki, aparılan iqtisadi siyasət nəticəsində ötən il əhalinin sosial rifahının xeyli yaxşılaşdırılması, ölkənin iqtisadi gücünün və valyuta ehtiyatlarının artırılması, milli valyutanın məzənnəsinin stabil saxlanılması, ölkənin müdafiə, ərzaq, ekoloji təhlükəsizliyinin təmini müşahidə olunub.

Ötən il icmal büdcəsinin gəlirləri 125,8 faiz yerinə yetirilərək 2009-cu illə müqayisədə 34,4 faiz (4978 milyon manat) artaraq 19,444 milyard manat, xərclər 11,1 faiz artımla (1362 milyon manat) 95,5 faiz - 14 285 milyon manat təşkil edib.

İcmal büdcəsinin 1167 milyon manat profisit proqnozu ilə o, faktiki 5807 milyon manat təşkil edərək 5 dəfə artıb (4639 milyon manat), ARDNF-nin gəlirləri nəzərə alınmadan isə icmal büdcənin defisiti 7281 milyon manat təşkil edərək proqnoza nisbətdə 7,4 faiz və ya 582 milyon manat azalıb.

Hesabat dövrü ərzində dövlət büdcəsinin gəlirləri 11,403 milyard manat təşkil edib və 99,1 faiz yerinə yetirilib. Bu, 2009-cu ilin göstəricisini 1,077 milyard manat və ya 10,4 faiz üstələyir. Vergilər Nazirliyi vergilərin yığılması üzrə planı 96 faiz yerinə yetirərək dövlət büdcəsinə 4,292 milyard manatın köçürülməsni təmin edib (4,4 faiz və ya 179 milyon manat artım). Bu vəsaitlərin 55,2 faizi (2,37 milyard manat) qeyri-neft sektorundan daxilolmaların payına düşərək 1,9 faiz artıb (44 milyon manat).

Dövlət Gömrük Komitəsi köçürmələrin proqnozunu 100,2 faiz (1,102 milyard manat) yerinə yetirib, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət mülkiyyətində olan torpaqların icarəsindən 5,4 milyard manat köçürüb, Dövlət Neft Fondu 5,915 milyard manat məbləğində ötən il üçün nəzərdə tutulan transfertləri tam həyata keçirib, digər gəlirlər üzrə 86 milyon manat köçürülüb. Bu, 3,6 faiz (3 milyon manat) artım deməkdir.

2010-cu ildə dövlət büdcəsinin xərclər hissəsinin yerinə yetirilməsi 96 faiz və ya 11,766 milyard manat təşkil edib. 2009-cu illə müqayisədə göstərici 1,262 milyard manat və ya 12 faiz artıb.

Xərclər stukturundan 66,646 milyad manat (xərclərin ümumi həcminin 56,5 faizi) cari xərclərə yönəlib. Bu, inişillə müqayisədə 14,3 faiz (834 milyon manat) çoxdur. Bu xərclərdən 5,028 milyard manat (42,7 faiz) kapital qoyuluşlarının payına düşərək 10,8 faiz (489 milyon manat) artıb. Xarici borca xidmətin göstərilməsi ilə əlaqədar xərclər 92 milyon manat (ümumi xərclərin 0,8 faizi) təşkil edərək 39,9 faiz (61 milyon manat) azalıb.

Hesabat dövrü ərzində dövlət büdcəsinin cari xərclərinin 3,703 milyard manatı və ya 31,5 faizi sosial yönümlü xərclərin payına düşüb. Bu, 2009-cu illə müqayisədə 119 milyon manat və ya 3,3 faiz artım deməkdir.

"Ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı müdafiə potensialının artırılmasına şərait yaradıb və il ərzində bu məqsədlərə ümumilikdə 2148 milyon manat yönəldilərək inişillə müqayisədə 562 milyon manat (35,5 faiz) artıb", - nazir bildirib.

Dövlət büdcəsindən dövlət əhəmiyyətli layihələr üçün qoyuluş xərcləri 2010-cu ildə 4,132 milyard manat təşkil edib. Bu, 2009-cu ilin yekunları üzrə göstəricini 16,3 faiz və ya 579 milyon manat üstələyir. Bu mənbələrdən sosial yönümlü layihələrin maliyyələşdirilməsinə 613 milyon manat, infrastuktur layihələrə 1,973 milyard manat və digər layihələrə 1,5 milyard manat yönəldilib.

Hesabat dövrü ərzində ARDNF-nin vəsaitlərindən 448 milyon manat məcburi köçkünlər üçün evlərin tikintisinə, Samur-Abşeron kanalının və Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tbilisi-Qars dəmiryolunun yenidən qurulmasına yönəldilib.

Dövlət büdcəsinin ehtiyat fondundan 35,6 milyon manat təbii kataklizmlərin aradan qaldırılmasına (Kür və Araz çaylarının daşması ilə əlaqədar), 50 milyon manat Taxıl Fondunun 2010-2011-ci illər ərzində taxıl ehtiyatının 250 min ton artırılmasına, 80 milyon manat pensiyaların vaxtında ödənilməsi üçün əlavə transfertlərə yönəldilib.

Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakıda aparılan yenidənqurma işlərinə, ölkə rayonlarında xəstəxana, avtomobil yollarının tikintisinə, KİV-ə maliyyə dəstəyinə 159,5 milyon manat ayrılıb.

"2008-2015-ci illər üçün ölkə əhalisinin etibarlı ərzaq məhsullarının təminatı üzrə Dövlət Proqramı"nın icrasına 2010-cu ildə 216 milyon manat, Sahibkarlığa Kömək Milli Fonduna 44 milyon manat ayrılıb. "Aqrolizinq" SC üçün dövlət büdcəsindən 40 milyon manat, o cümlədən 5 milyon manat Prezidentin ehtiyat fondundan ayrılıb.

Azərbaycanın xaricdəki 64 diplomatik nümayəndəlik və konsulluqlarının saxlanılmasına 47 milyon manat xərclənib. Bundan başqa, bu vəsaitlərdən Serbiya, Argentina, Estoniyadakı diplomatik nümayəndəliklərin, eləcə də Batumidəki Baş Konsulluğun fəaliyyətə başlaması ilə əlaqədar onların maddi-texniki təminatının xərcləri ödənilib.

Ötən ilin yekunları üzrə dövlət büdcəsinin defisiti 362,9 milyon manat və ya ÜDM-in 0,8 faizini təşkil edib.

Mayın 27-nə olan rəsmi məzənnə 0,7896 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti