...

"Nikoil Bank" Azərbaycan İpoteka Fondunun agenti olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2011 11:35 (UTC +04:00)
"Nikoil Bank" Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun müvəkkil agenti olub. Trend-in məlumatına görə, bu barədə fondun çərşənbə günü yaydığı məlumatda deyilir.
"Nikoil Bank" Azərbaycan İpoteka Fondunun agenti olub

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir N.İsmayılova/

"Nikoil Bank" Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun müvəkkil agenti olub. Trend-in məlumatına görə, bu barədə fondun çərşənbə günü yaydığı məlumatda deyilir.

Nəticədə AİF-in müvəkkil banklarının sayı 24-ə çatıb.

"Nikoil Bank" Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə "Topaz İnvestments" şirkəti tərəfindən "Nikoil Bank"ın nəzarət paketi alındıqdan sonra, səhmdarların iştirakı aşağıdakı kimidir: "Topaz İnvestments" - 53,1%, "Nikoil" QSC - 28,7%, "Uralsib-İnvest" MMC - 13,9% və "ISR Holding" - 4,3%.

Azərbaycan İpoteka Fondu 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin fərmanı ilə dövlət təşkilatı qismində yaradılıb. Onun nizamnaməsi Prezidentin ayrıca fərmanı ilə 2005-ci ilin dekabrında təsdiq edilib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının uzunmüddətli maliyyələşdirmə vasitəsilə mənzillərlə təmin edilməsi üçün maliyyələşmə mexanizmlərinin yaradılmasından, eləcə də ipoteka kreditləşməsinə daxili və xarici investisiyaların cəlb edilməsindən ibarətdir.

Hazırda İpoteka Fondunun müvəkkil agenti qismində 24 bank, 19 sığorta şirkəti və 12 qiymətləndirmə təşkilatı çıxış edir.

İyunun 14-nə olan rəsmi məzənnə 0,7882 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti