...

Bakı Metropoliteni stansiyaların tikintisi prosesini sürətləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 18:06 (UTC +04:00)
Bakı Metropoliteni yeni stansiyaların tikintisinin sürətləndirilməsi üçün ABŞ istehsalı olan tunel çəkilişi üzrə yeni qurğu alır.
Bakı Metropoliteni stansiyaların tikintisi prosesini sürətləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni yeni stansiyaların tikintisinin sürətləndirilməsi üçün ABŞ istehsalı olan tunel çəkilişi üzrə yeni qurğu alır. Trend-in məlumatına görə, bu barədə cümə günü I Beynəlxalq Xəzər Nəqliyyat Konfransı zamanı Bakı Metropoliteninin texniki istehsalat şöbəsinin rəhbəri Fuad Tağızadə deyib.

Onun sözlərinə görə, qurğu tunel çəkilişi üçün Almaniya istehsalı olan "Herrenknecht" şirkətinin mövcud qurğusuna əlavə kimi alınacaq.

"Yeni qurğuların alınması metrostansiyalarının sayını 76 ədədə çatdırmağa və 120 kilometrə yaxın tunelin çəkilməsi prosesini sürətləndirməyə imkan verəcək. Onun Bakı Metropoliteninin 20 illik inkişaf proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub", - Tağızadə qeyd edib.

"Yaxın vaxtlarda yeni "Dərnəgül" metrostansiyasının istismara verilməsi planlaşdırılır", - o əlavə edib. Stansiya Bakının 7-ci mikrorayonunda tikilir.

"İyunun 1-dən Bakı Metropoliteni yeni "Avtovağzal" metrostansiyasının tikintisi çərçivəsində tunelin qazılmasına başlamağı planlaşdırır", - bundan əvvəl Bakı Metropolitenindəki mənbə demişdi.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 22 stansiyaya malikdir.

Xəbər lenti

Xəbər lenti