...

Xalq Bank "European Quality" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 16:17 (UTC +04:00)
Europe Business Assembly (ЕBA) (Oksford, Böyük Britaniya), sosial tərəfdaşlıq üzrə beynəlxalq korporasiyası siyasət, iqtisadiyyat və elm sahəsində Şərqi Avropa ölkələrinin ən yaxşı nümayəndələrinin mükafatlarla təltifetmə mərasimini keçirib.
Xalq Bank "European Quality" mükafatına layiq görülüb

Europe Business Assembly (ЕBA) (Oksford, Böyük Britaniya), sosial tərəfdaşlıq üzrə beynəlxalq korporasiyası siyasət, iqtisadiyyat və elm sahəsində Şərqi Avropa ölkələrinin ən yaxşı nümayəndələrinin mükafatlarla təltifetmə mərasimini keçirib.

EBA qaydalarına və nominasiya komissiyasının 14 iyun 2011-ci il tarixli qərarına əsasən ASC "Xalq" Bankı göstərdiyi xidmətlərin Avropa standartlarına uyğun yüksək keyfiyyəti və peşəkarlığına görə "European Quality" ("Avropa keyfiyyəti", qeyd. №2351135), mükafatına layiq görülüb.

Europe Business Assembly - məqsədi təcrübə mübadiləsi, iqtisadiyyatın, təhsil və mədəniyyətin inkişafına və müxtəlif ölkələr arasında sosial əlaqələrin yaradılmasına kömək etmək olan müstəqil beynəlxalq korporasiyadır.

Assambleyanın mükafatları biznesin inkişafı və fərdi peşə nailiyyətlərinə görə şirkət və ayrı-ayrı şəxslərə təqdim edilir.

Qeyd edək ki, "European Quality" nominasiyasında iştirak üçün şirkətlər analitik, sosioloji, informasiya, reklam, reytinq və PR agentliklərin statistik məlumatları və Avropa Biznes Assambleyasının tərəfdaşlarının tövsiyyələri əsasında seçilirlər.

Xəbər lenti

Xəbər lenti