...

Litvanın Baş naziri gələn həftə Bakıda danışıqlar aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 17:53 (UTC +04:00)
Litvanın Baş naziri Andryus Kubilyus gələn həftə Bakıda ikitərəfli əməkdaşlığın perspektivləri haqqında danışıqlar aparacaq.
Litvanın Baş naziri gələn həftə Bakıda danışıqlar aparacaq

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir S.Ağayeva/

Litvanın Baş naziri Andryus Kubilyus gələn həftə Bakıda ikitərəfli əməkdaşlığın perspektivləri haqqında danışıqlar aparacaq. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Litvanın Baş naziri iyulun 5-də Azərbaycan tərəfi ilə ticari-iqtisadi əməkdaşlıq, o cümlədən energetika sahəsində məsələləri müzakirə etmək fikrindədir.

Litvanın "AB Klaipedos Nafta" şirkəti ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə birgə Odessa-Brodı-Plosk-Qdansk neft nəqli dəhlizinin inkişafı ilə məşğul olan "Sarmatia" beynəlxalq boru kəməri şirkətinin iştirakçısıdır. Odessa-Brodı neft kəməri ilə artıq Azərbaycan neftinin Ukraynaya və Belarusa nəqlinə başlanılıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-may aylarında Azərbaycanla Litva arasında mal dövriyyəsi 7,6 milyon dollar təşkil edib. Bununla yanaşı, Azərbaycandan 3,659 milyon dollarlıq mal ixrac, 3,973 milyon dollarlıq mal isə idxal olunub.

Xəbər lenti

Xəbər lenti