...

Komissiya Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin "böyük ehtimal"la həlak olduğunu bəyan edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2011 13:36 (UTC +04:00)
İyulun 5-dən 6-na keçən gecə "Silk Way" şirkətinin İL-76 4K-AZ55 təyyarəsinin Əfqanıstanda qəzaya uğrama səbəblərini araşdıran Azərbaycanın komissiyası şənbə günü bəyan edib ki, təyyarənin büütün ekipaj üzvlərinin həlak olması ehtimalı böyükdür.
Komissiya Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin "böyük ehtimal"la həlak olduğunu bəyan edib (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir S.Əliyev/

İyulun 5-dən 6-na keçən gecə "Silk Way" şirkətinin İL-76 4K-AZ55 təyyarəsinin Əfqanıstanda qəzaya uğrama səbəblərini araşdıran Azərbaycanın komissiyası şənbə günü bəyan edib ki, təyyarənin büütün ekipaj üzvlərinin həlak olması ehtimalı böyükdür.

"Böyük ehtimalla təsdiqləmək olar ki, təyyarə həqiqətən "Silk Way" şirkətinə məxsusdur və onun bortunda olan adamların hamısı həlak olub", - bu gün komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov mətbuat konfransında deyib.

Belə ilkin nəticələr hadisənin baş verdiyi ərazinin üzərindən uçan vertolyotdan çəkilən fotoşəkillər əsasında əldə olunub.

"Bizim əsas vəzifəmiz meyitlərin Bakıya gətirilməsi və səbəblərin müəyyən edilməsi üçün araşdırmanın aparılmasıdır", - Əmirov bildirib.

Onun sözlərinə görə, beynəlxalq konvensiyalara əsasən, araşdırmanı hadisənin baş verdiyi ərazinin məxsus olduğu tərəf aparmalıdır.

"Onlar [əfqan tərəfi] hələlik işə özləri baxırlar. Lakin Azərbaycandan olan mütəxəssislər indi Əfqanıstandadırlar və əfqan komissiyasının tərkibinə daxildirlər", - Əmirov deyib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti