...

DəmirBank-ın plastik kart sahibləri "Metkarting" Əyləncə və İdman Mərkəzində endirimlər əldə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2011 15:59 (UTC +04:00)
DəmirBank-ın plastik kart sahibləri "Metkarting" Əyləncə və İdman Mərkəzində "Kart sahiblərinə endirimlər " proqramı çərçivəsində endirimlər əldə ediblər.
DəmirBank-ın plastik kart sahibləri "Metkarting" Əyləncə və İdman Mərkəzində endirimlər əldə ediblər

Azərbaycan, Bakı, 11 iyul /Trend/

DəmirBank-ın plastik kart sahibləri "Metkarting" Əyləncə və İdman Mərkəzində "Kart sahiblərinə endirimlər " proqramı çərçivəsində endirimlər əldə ediblər. Bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir.

Kart sahibləri "Metkarting"də olan bütün xidmətlər üzrə (kartinq, restoran-bar, mafia-club, diskoteka və s.) 5%-lik endirimdən yararlana bilərlər.

"DəmirBank ticarət və xidmət mərkəzlərində plastik kart sahiblərinə endirimlər xidmətini genişləndirməkdə davam edir. Ölkədə fəaliyyət göstərən 31 müxtəlif xidmət və ticarət-əyləncə şirkətləri DəmirBank-ın "Kart sahiblərinə endirimlər" layihəsinin üzvüdür. Gələcəkdə digər şirkətlərin də bu layihəyə qoşulacağı planlaşdırılır", - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla bankın saytında "Kart sahiblərinə endirimlər" səhifəsində tanış olmaq olar.

DəmirBank "5 manata kart" və "Pulsuz kart" kampaniyalarını keçirir. "5 manata kart" kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. "Pulsuz" kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.

Hazırda DəmirBank VISA plastik kart sahibləri arasında uduş kampaniyası keçirir. Şərtlərə əsasən DəmirBank-ın müştəriləri, VISA kartları ilə xaricdə hər-hansı əməliyyat edərkən, HP noutbuku qazana bilərlər.

Plastik kartı həmçinin bankın internet səhifəsində onlayn sifariş etmək olar.

Xəbər lenti

Xəbər lenti