...

Azərbaycanın vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 72,9 faizə çatıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 13:30 (UTC +04:00)
2011-ci ilin I yarısında Azərbaycanın vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 72,9 faizə çatıb.
Azərbaycanın vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 72,9 faizə çatıb - nazir

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/

2011-ci ilin I yarısında Azərbaycanın vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 72,9 faizə çatıb. Trend-in məlumatına görə bu barədə, vergilər naziri Fazil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Bu barədə çərşənbə günü rəsmi mətbuatda yayılan məlumatda bildirilir.

"Hesabat dövrü özəl sektorun sabit iqtisadi münasibətlər qurması ilə səciyyəvi olub", - Məmmədov bildirib.

Onun sözlərinə görə, altı ay ərzində qeydiyyata alınmış obyektlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 58,2 faiz artıb.

"Vergi uçotundan yayınan iki mindən artıq vergiödəyicinin və 2126 təsərrüfat subyektinin uçota alınması təmin olunub", - Məmmədov deyib.

Onun sözlərinə görə, hesabat dövründə "bir pəncərə" sistemi ilə qeydiyyata alınan 32,5 mindən çox sahibkarın 57,2 faizi regionların payına düşür.

Nazir bildirib ki, ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə rəsmiləşdirilməmiş əməkhaqqının artımı təqribən 300 milyon manat olub.

"Bu əməkhaqqıdan gəlir vergisinin artımı isə 40 milyon manat təşkil edib", - Məmmədov deyib.

İyulun 13-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti