...

Səfir türkiyəli iş adamlarını Azərbaycana investisiyalar yatırmağa çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 14:58 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki Səfiri Faiq Bağırov türkiyəli iş adamlarını Azərbaycana investisiyalar yatırmağa çağırıb.
Səfir türkiyəli iş adamlarını Azərbaycana investisiyalar yatırmağa çağırıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Türkiyədəki Səfiri Faiq Bağırov türkiyəli iş adamlarını Azərbaycana investisiyalar yatırmağa çağırıb. Trend-in Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən verdiyi məlumata görə, səfir Bağırov iyulun 14-də Türkiyənin Samsun vilayətinə işgüzar səfər edib.

Səfər zamanı Samsun valisi Hüseyn Aksoy, Samsun bələdiyyəsinin baş katibi Kənan Şara və Samsun Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Salih Zəki Murzioğlu ilə görüş keçirilib. Görüşlər zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf imkanları, iki ölkənin regionları, o cümlədən iş adamları arasında əlaqələrin inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Sonra Samsun Limanı ilə tanışlıq olub və limanın rəhbərliyi səfirə limanla bağlı ətraflı məlumat verib.

Daha sonra samsunlu iş adamları ilə Samsun Ticarət və Sənaye Palatasında görüş keçirilib. Görüşdə 40-a yaxın sənaye müəssisəsinin nümayəndəsi iştirak edib. Görüş zamanı Bağırov öz çıxışında iş adamlarına Azərbaycandakı investisiya imkanları və iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin müsbət nəticələri barədə əsaslı fikirlər səsləndirib.

Samsunlu iş adamları ilə görüşdə AZPROMO-nun nümayəndəsi Rüfət Məmmədov ölkəmizdəki münbit investisiya mühiti barədə ətraflı təqdimat həyata keçirib.

Görüşdə Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türk-Azərbaycan Biznes Şurasının sədri Cengiz Gül də iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf imkanları barədə təqdimatla çıxış edib.

Samsunlu iş adamlarına ölkəmizlə bağlı təbliğat xarakterli materiallar paylanılıb.

Son olaraq səfir Samsundakı Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirib, həmvətənlərimizlə diasporumuzun birgə təşkilatlanmasının zəruriliyinə dair müzakirələr aparıb.

Səfir Bağırovun regiona səfəri yerli mətbuatda geniş şəkildə işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti