...

İyulda Azərbaycanda 1200-dən çox fiziki şəxs öz biznesini onlayn qeydiyyatdan keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 14:37 (UTC +04:00)
Son ay ərzində Azərbaycanda 1200-dən çox fiziki şəxs öz biznesini elektron qeydiyyatdan keçirmək imkanından istifadə edib.
İyulda Azərbaycanda 1200-dən çox fiziki şəxs öz biznesini onlayn qeydiyyatdan keçirib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir N.İsmayılova/

Son ay ərzində Azərbaycanda 1200-dən çox fiziki şəxs öz biznesini elektron qeydiyyatdan keçirmək imkanından istifadə edib. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyi yanında Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqisadi təhlil Baş İdarəsinin rəisi Zaur Fətizadə nazirliyin "Vergilər" qəzetinə müsahibəsində deyib.

Vergilər Nazirliyi iyulun 1-dən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin onlayn-qeydiyyatını həyata keçirib.

"Biz yeni formaya keçdikdən sonra qeydiyyatların artması tendensiyasını müşahidə edirik. Güman edirəm ki, qısa müddət ərzində fərdi sahibkarlar elektron qeydiyyat sistemi vasitəsilə uçota duracaqlar", - o bildirib.

Fətizadənin sözlərinə görə, bu il portalda və Vergilər Nazirliyinin xüsusi elektron bölməsində təqdim olunan xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi də nəzərdə tutulub. Yaxın perspektivdə nazirliyin internet portalı vasitəsilə plastik kartların köməyi ilə vergi və rüsumların ödənilməsi imkanının verilməsi də planlaşdırılır.

"Bu məsələ çox mühüm olduğundan, proses hələ də hərtərəfli öyrənilir və təhlil edilir. Bu layihənin həyata keçirilməsi dünyanın aparıcı ölkələrinin təcrübəsinin öyrənilməsinə əsaslanır", - Fətizadə qeyd edib.

Onun sözlərinə görə, hazırda ölkədə 27 vergi terminalı fəaliyyət göstərir. Qısa müddət ərzində onların sayı 55-ə çatdırılacaq.

"Biz bu terminalların fəaliyyətini təkmilləşdiriməyi, eləcə də onların xidmətlər spektrini genişləndirməyi və vergiödəyicilərə elektron xidmətlər göstərən mərkəzlərə çevirməyi planlaşdırırıq", - Fətizadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti