...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 51 milyon manatdan çox subsidiya veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2011 19:24 (UTC +04:00)
57 rayon (şəhər) komissiyasının daxil olduğu Respublika Komissiyası 51,64 milyon manat məbləğində subsidiya verilməsi barədə qərar qəbul edib.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 51 milyon manatdan çox subsidiya veriləcək

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir N.İsmayılova/

57 rayon (şəhər) komissiyasının daxil olduğu Respublika Komissiyası 51,64 milyon manat məbləğində subsidiya verilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Kənd Təsərrüfatı Nazirliyinin saytında dərc edilən məlumatda deyilir.

Rayonlarda təşkil olunmuş 1383 kənd ərazi komissiyası üzrə 381 495 kənd təsərrüfatı məhsullarının istehsalçısına 1 290 883,74 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə vəsaitlər veriləcək.

İstehsalçılara yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Maliyyə Nazirliyinə, "Kapital Bank" ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib. Yaxın günlərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın verilməsi prosesinə başlanacaq.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə 40 manat məbləğində subsidiya Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamına uyğun verilir.

İyulun 28-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti