...

AİB Bakının şəhər nəqliyyatının inkişafına investisiya yatırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2011 11:50 (UTC +04:00)
Bakının şəhər nəqliyyatının inkişafı üçün investisiya proqramı hazırlanır. Proqramın maliyyələşdirilməsinə Asiya İnkişaf Bankı (AİB) 300 milyon dollar ayırmağa hazırdır.
AİB Bakının şəhər nəqliyyatının inkişafına investisiya yatırmağa hazırdır

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.Xəlilova/

Bakının şəhər nəqliyyatının inkişafı üçün investisiya proqramı hazırlanır. Proqramın maliyyələşdirilməsinə Asiya İnkişaf Bankı (AİB) 300 milyon dollar ayırmağa hazırdır. Trend-in məlumatına görə, bu barədə bankın rəsmi sayında yerləşdirilən 2011-2013-cü illər üçün ölkədə əməliyyatlar üzrə biznes planın mətnində deyilir.

Bu kreditin ilk tranşını bank 2013-cü ildə ayırmağı planlaşdırır.

İlin əvvəlində tərkibində paytaxtın şəhər nqəliyyatının inkişafının maliyyələşdirilməsi üzrə mütəxəssislər Arnaud Daufi və Bertrand Qoalunun olduğu AİB Şəhər inkişafı və su təsərrüfatı departamentinin ilk məsləhət missiyası Bakıda olub. Bu səfər zamanı Nəqliyyat Nazirliyində, "Azərbaycan Dəmir Yolları" QSC, Bakı metropolitenində görüşlər keçirilib.

Asiya bankı şəhər nəqliyyatında istənilən istiqaməti maliyyələşdirməyə hazırdır, lakin bankın yardımını alarkən prioritetlər və hökumətin tələbatı müzakirələr zamanı müəyyən ediləcək.

Hazırda AİB Gürcüstanda şəhər nəqliyyat üzrə böyük layihələr həyata keçirir.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 2010-cu ilin əvvəlinə bankın ölkə üzrə kredit portfeli 680 milyon dollar təşkil edib.

AİB ölkədə energetika, nəqliyyat, şəhər təsərrüfatı üzrə həm dövlət, həm də özəl sektorlarında layihələri maliyyələşdirir.

AİB 1966-cı ildə təsis edilib və 67 üzvü var. Onun mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Azərbaycan Asiya Bankının üzvlüyünə 1999-cu il dekabrın 22-də qəbul edilib və onun bankın kapitalında iştirak payı 0,5 faizdir.

AİB-in aparıcı səhmdarları Yaponiya və ABŞ (ümumi səhmdar kapitalın 31,2 faizi), Hindistan və Çin (12,8 faiz), Avstraliya, Cənubi Koreya, Kanada (16 faiz) və başqalarıdır.

Xəbər lenti

Xəbər lenti