...

Axalkalakidə Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol vağzalnın tikinisinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2011 13:12 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində iki həftədən sonra Axalkalakidə unikal dəmiryol vağzalının tikintisinə başlanılacaq.
Axalkalakidə Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol vağzalnın tikinisinə başlanılır

Gürcüstan, Tbilisi, 12 avqust /Trend, müxbir N.Kirsxaliya/

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində iki həftədən sonra Axalkalakidə unikal dəmiryol vağzalının tikintisinə başlanılacaq. Trend-in məlumatına görə, bu barədə dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərinin icmalını aparan Gürcüstanın infrastruktur və regional inkişaf naziri Ramaz Nikolaişvili deyib.

Onu Azərbaycanın "Azərromservis" şirkətinin Müşahidə Şurasının sədri Cavad Qurbanov müşayiət edib.

Gürcü nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti strateji əhəmiyyətə malikdir. Nikolaişvili xatırladıb ki, bu layihə cari ildə Nyu-Yorkda keçirilən müsabiqədə 100 layihə arasında qalib olub.

"Marabda-Karsaxi dəmiryolu xəttinin tikintisi üzrə işlər sürətlə gedir. Bura 500 nəfərdən çox insan cəlb edilib, vağzalın tikintisində bu say iki dəfə artırılacaq", - nazir bildirib.

Öz nöbəsində Qurbanov qeyd edib ki, yeni dəmir yolunu Avropada da səbirsizliklə gözləyirlər. "Bu yol bizi Türkiyə vasitəsilə Avropa ilə birləşdirəcək və bu layihənin həyata keçirilməsi region üçün çox vacibdir", - o qeyd edib.

Gürcüstan ərazisində uzunluğu 29 kilometr olan yeni yol, Türkiyə ilə sərhəddə vulkanizasiya məntəqəsi tikiləcək, köhnə yol yenidən qurulacaq, eləcə də Axalkalakidə vağzal tikiləəck.

Layihənin ümumi dəyəri 600 milyon dollardan çoxdur.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçün Azərbaycan Gürcüstana ümumilikdə 575 milyon dollar kredit ayırıb.

Xəttin buraxılış qabiliyyəti ildə 17 milyon ton təşkil edəcək. Onun gələn ilin sonunda istifadəyə verilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti