...

Rusiya və Azərbaycan arasında mal dövriyyəsi rekord göstəricilərə çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2011 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir N.İsmayılova/

Rusiya və Azərbaycan arasında mal dövriyyəsi il ərzində 71,5 faiz artıb və ilin birinci yarısının yekunlarına görə, 1,455 milyard dollar təşkil edib. Bu bardə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin deyib.

Rusiyadan ixrac 58,9 faiz artıb və 776,1 milyon dollar təşkil edib, Azərbaycandan malların ixracı 88,5 faiz artaraq 679,2 milyon dollar təşkil edib.

"Əsas məqsədimiz 2008-ci ilin rekord göstəricilərinin ötülməsidir. O zaman mal dövriyyəsinin həcmi 2,4 milyard dollara çatmışdı. Bizim qiymətləndirmələrimiz əminliklə deməyə əsas verir ki, bu il biz yeni rekord səviyyəyə çata biləcəyik və ölkələr arasında mal dövriyyəsini 3 milyard dollara yaxınlaşdıra biləcəyik", - Şedrin qeyd edib.

Onun sözlərinə görə, ölkələr arasında gündəlik mal dövriyyəsinin həcminin artımı bir daha rekord göstəricilərə nail olmaq imkanını təsdiq edir. "İlin birinci yarısında Azərbaycan qazının Rusiyaya tədarükü 1 milyard kubmetr təşkil edib. Bu, bu göstəricini ilin yekunları üzrə əvvəllər razılaşdırılan 2 milyard kubmetrə çatdırmağa imkan verir", - Şedrin əlavə edib.

"Azərbaycandan ixracın əsasını meyvə-tərəvəz məhsulları və şərab-konyak məmulatları təşkil edir. Rusiya ixracının əsasını əvvəllər olduğu kimi, maşınqayırma, metallurgiya, ərzaq sənayesi və taxta-şalban məhsulları təşkil edir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti