...

Azərbaycan AİB-in seminarında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2011 15:35 (UTC +04:00)
Bu gün Asiya İnkişaf Bankı (AİB) Filippinin paytaxtı Manilada "Ticarət siyasətində yeni məsələlər: problemlər və Asiyanın cavabları" mövzusunda seminar keçirir.
Azərbaycan AİB-in seminarında iştirak edir

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir N.İsmayılova/

Bu gün Asiya İnkişaf Bankı (AİB) Filippinin paytaxtı Manilada "Ticarət siyasətində yeni məsələlər: problemlər və Asiyanın cavabları" mövzusunda seminar keçirir. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.

Seminarda Asiya və Sakit Okean hövzəsində yerləşən ölkələrin orta və yüksək səviyyəli ticarət rəsmiləri iştirak edirlər. Seminar ticarət rəsmilərinə regionun ticarət siyasətində üzləşdiyi əsas problemlər haqqında məlumat verəcək və bu məsələləri Asiyadan olan həmkarlar və ekspertlərlə müzakirə etmək üçün imkan yaradacaq.

Demək olar ki, AİB-ə daxil olan bütün üzv ölkələrin rəsmiləri seminarda iştriak edirlər. Seminarda Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri təmsil edirlər.

Beş günlük seminarda bir sıra məsələlər nəzərdən keçiriləcək: ticarət siyasətinin dinamikası və istehsal şəbəkələri; Doha müzakirələri və Ümumdünya Ticarət Təşkilatındakı son tendensiyalar; ticarət siyasətində yeni məsələlər (hökumət səviyyəsində satınalmalar, intellektual mülkiyyət hüquqları və ətraf mühit); ticarət siyasətini qiymətləndirmək və həyata keçirmək üçün movcud olan onlayn vasitələr və azad ticarət zonaları.

AİB 1966-cı ildə üzv dövlətlər tərəfindən Asiya İnkişaf Bankının Yaradılması haqda Sazişə uyğun olaraq təsis edilib. 2010-cu l dekabrın 31-nə olan məlumata görə AİB-in 67 üzvü vardır ki, bunlardn 48 Asiya və Sakit Okean hövzəsində yerləşir.

AİB Manilada, Filippində yerləşir və dünyanın müxtəlif yerlərində ofisləri var, o cümlədən də Şimali Amerikada (Vaşinqton DC), Avropada (Frankfurt) və Yaponiyada (Tokio).

Xəbər lenti

Xəbər lenti