...

Azərbaycan dünya toxumçuluq sisteminə inteqrasiya olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 19:32 (UTC +04:00)
Azərbaycanın toxuma olan tələbatı təxminən 156 min tondur, bunun 152 mini daxili istehsal hesabına təmin olunur.
Azərbaycan dünya toxumçuluq sisteminə inteqrasiya olunur

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın toxuma olan tələbatı təxminən 156 min tondur, bunun 152 mini daxili istehsal hesabına təmin olunur. Trend-in məlumatına görə, bunu jurnalistlərə bazar ertəsi kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib.

O bildirib ki, əkin sahələrinin artması ilə bu tələbat artacaq.

2011-ci ildə Azərbaycanda əkin sahələri 5,8 faiz və ya 21,643 min hektar artıb.

4-8 sentyabr tarixləri arasında toxum istehsalı sahəsində işləyən Türkiyə Toxum İstehsalçıları Birliyi (TSÜAB), Türkiyənin Ərzaq, əkinçilik və heyvandarlıq nazirliyini təmsil edən 24 türk şirkətinin nümayəndələri Azərbaycanda səfərdədir. Bazar ertəsi Bakıda həmin nümayəndələrin iştirakı ilə toxumçuluq problemlərinə dair konfrans keçirilib.

"Bu görüşün əsas məqsədi Azərbaycanda toxumçuluq sahəsini kökündən dəyişməkdir ki, nəticədə ölkədə yeni toxumçuluq sistemi yaransın", - Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın dünya toxumçuluq sisteminə inteqrasiyası baxımından bu görüşün böyük əhəmiyyəti var.

Konfransda çıxış edən TSÜAB rəhbəri İlhami Özcan Aygün bildirib ki, ötən il Türkiyədən 100 milyon dollarlıq toxum ixrac edilib, bu göstəricinin 2023-cü ilədək 500 milyon dollara çatdırılması planlaşdırılır. Türkiyədə toxum istehsalı ilə məşğul olan 500-dən çox şirkət var.

Xəbər lenti

Xəbər lenti