...

AXA MBASK bu il Azərbaycan sığorta bazarının 30 faizlik artımını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2011 20:28 (UTC +04:00)
sığorta bazarı 2010-cu ilin göstəricilərinə nisbətən cari ilin iyul ayının sonunda 31,48 faizlik artım göstərib, sığorta haqlarının ümumi bazar dəyəri isə 116.467 min manat təşkil edib.
AXA MBASK bu il Azərbaycan sığorta bazarının 30 faizlik artımını proqnozlaşdırır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycanın sığorta bazarı 2010-cu ilin göstəricilərinə nisbətən cari ilin iyul ayının sonunda 31,48 faizlik artım göstərib, sığorta haqlarının ümumi bazar dəyəri isə 116.467 min manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə AXA MBASK sığorta şirkətinin idarə heyətinin sədri Yavuz Ölkənin şərhində deyilir.

"Bununla belə, bazardakı vəziyyəti daha dərindən təhlil etsək həyatın icbari sığortasının artıma nə qədər böyük təkan verdiyini görərik. Belə ki, həyat sığortası ödəmələri nəzərə alınmasa, bazarın ümumi artımı 15 faizə qədərdir, qalan sığorta növlərinə dair ödəmələr isə cəmisi 100.233 min manatdır", - Ölkən bildirib.

AXA MBASK-ın əldə etdiyi nəticələrə gəlincə, şirkət 75 faizlik artım sürətinə nail olub, ödənmiş sığorta haqlarının ümumi məbləği isə 7.587 min manatdır.

"Həyat sığortası haqları istisna olmaqla, qalan sığorta növləri üzrə ödəmələri nəzərə alsaq, bazardakı payımız 4,90 faizdən 7,57 faizədək yüksəlib, həyat sığortası haqları ilə bir yerdə isə bazardakı payımız 6,51 faizdir ki, bu da yaxın gələcək üçün xeyli ümidlər vəd edir. Bu ilin sonuna qədər təqribən eyni səviyyədə bazar artımı və 200 milyon manata qədər sığorta haqları həcmini gözləyirik", - şərhdə deyilir.

"Əminəm ki, əldə etdiyimiz indiki səviyyədə qalmağa səy göstərıb Azərbaycanda sığorta biznesinə yeni yanaşmamız əsasında AXA şirkətinin qazandığı beynəlxalq təcrübəni ortaya qoyaraq ölkə sığorta bazarını dəstəkləməyə də çalışarıq. Fikrimizcə bu bazar gələcəkdə də sağlam rəqabətə möhtacdır. Biz də bütün ölkədə sığortaçılığın tanıdılması üçün əlimizdən gələni əsirgəmirik", - Yavuz Ölkən bildirib.

Sentyabrın 9-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti