...

Azərbaycan və Belarus bu il əmtəə dövriyyəsinin 800 milyon dollaradək artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2011 20:06 (UTC +04:00)
Azərbaycan və Belarus 2011-ci ildə əmtəə dövriyyəsinin 800 milyon dollarafək artacağını gözləyirlər.
Azərbaycan və Belarus bu il əmtəə dövriyyəsinin 800 milyon dollaradək artacağını gözləyir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan və Belarus 2011-ci ildə əmtəə dövriyyəsinin 800 milyon dollarafək artacağını gözləyirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü BELTA Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadənin jurnalistlərə verdiyi bəyanata istinadən yazıb.

Diplomatın sözlərinə görə, son vaxtlar iki ölkə arasında ticari-iqtisadi əlaqələrin müsbət dinamikası müşahidə olunur. Belə ki, bu ilin ilk rübündə qarşılıqlı ticarət 12 dəfə artaraq 430 milyon dollara, altı ayın nəticəsinə görə isə 580 milyon dollara çatıb.

İnkişaf etmiş maşınqayırmaya malik Belarus Azərbaycana traktor, digər kənd təsərrüfatı texnikası, yol texnikası, yük maşınları, onların hissələrini, bir sıra cihazlar, məişət texnikası, kimya sənayesi məhsulları, gübrə ixrac edir. Azərbaycandan Belarusa isə neft, müxtəlif kənd təsərrüfatı malları, o cümlədən tütün, pambıq, yun, meyvə-tərəvəz, şərab, konyak spirti və xalça ixrac edir. Həmçinin, Azərbaycanda bir çox Belarus müəssisələrinin yığma istehsalı təşkil olunub.

Vahabzadənin sözlərinə görə, investisiyaların qarşılıqlı qorunmasına dair sazişin təsdiq olunması investisiya qoyulması üçün əlverişli şəraitin yaranmasına kömək edəcək. Ümumilikdə iki ölkə arasında 60-dan çox hökumətlərarası, dövlətlərarası və idarələrarası saziş imzalanıb.

Diplomat vurğulayıb ki, iki ölkənin əlaqələri yalnız iqtisadiyyatla məhdudlaşmır. "Mədəniyyət, idman, elm və təhsil, ekologiya, ətraf mühitin mühafizəsi, fövqəladə halların qarşılıqlı aradan qaldırılmasında tərəflərin əməkdaşlığı və digər çoxsaylı məsələlər ölkələr arasındakı dövlətlərarası ikitərəfli münasibətlərin əsasını təşkil edir", - səfir deyib.

Həmçinin, səfir diqqəti ölkələr arasındakı siyasi dialoqun yüksək səviyyəsinə çəkərək, müxtəlif səviyyələrdəki səfərlərin aktiv mübadiləsini vurğulayıb. Onun sözlərinə görə, regionlararası əməkdaşlıq da sıx inkişaf edir, Belarusun və Azərbaycanın çoxqütblü sülh və ümumqəbul edilmiş beynəlxalq hüquq normalarına əsaslanan ədalətli dünya nizamının formalaşması üçün bənzər mövqeləri, yanaşmaları var.

Xəbər lenti

Xəbər lenti