...

Azərbaycanda istehlak qiymətlərinin baza indeksi il ərzində 6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin avqustunda istehlak mallarının qiymətləri və xidmət tarifləri iyul ayı ilə muqayisədə 0,8 faiz artıb. Yanvar-avqustda isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, avqustda ərzaq mallarının qiyməti 1 faiz, qeyri-ərzaq malları - 0,2 faiz, xidmət tarifləri isə 0,3 faiz bahalaşıb.

8 ay ərzində illik hesablamada ərzaq mallarının qiyməti 11,7 faiz, qeyri-ərzaq malları - 2,8 faiz, xidmət tarifləri isə 4,4 faiz artıb.

Avqustda dövlət tərəfindən tənzimlənən mövsümi dəyişikliklərə məruz qalmış (meyvə və tərəvəz) mal və xidmətlərin hesablanmış xalis istehlak malları qiymətlərinin baza indeksi əvvəlki ayla müqayisədə 0,7 faiz, yanvar-avqustda isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artıb.

Xəbər lenti

Xəbər lenti