...

"Bakı Ağ Şəhər" layihəsi "Mərkəzi və Qərbi Asiyanını ən yaxşı gələcək layihəsi" nominasiyasında finala çıxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 17:14 (UTC +04:00)
"Bakı Ağ Şəhər" layihəsi "MIPIM Asia Awards 2011" (Honkonq) müsabiqəsinin "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında finala çıxıb.
"Bakı Ağ Şəhər" layihəsi "Mərkəzi və Qərbi Asiyanını ən yaxşı gələcək layihəsi" nominasiyasında finala çıxıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

"Bakı Ağ Şəhər" layihəsi "MIPIM Asia Awards 2011" (Honkonq) müsabiqəsinin "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında finala çıxıb.

Bu nominasiyada "Bakı Ağ Şəhər" layihəsi ilə bərabər "Şimali Qafqazın Kurortları" ASC turizm klasterinin layihəsi (www.ncrc.ru), həmçinin "Kohn Pedersen Fox Associates" (www.kpf.com) şirkəti tərəfindən təqdim edilən "Abu Dhabi International Airport Midfield Complex" layihəsi seçiliblər.

"MIPIM Asia Awards 2011" - Sakit okean regionunda daşınmaz əmlak və investisiyaların ən iri sərgisinin münsiflər heyətinin tərkibinə Sinqapur, Honkonq, Fransa, Rusiya və digər ölkələrin daşınmaz əmlak sahəsində aparıcı ekspertləri daxildir.

"MIPIM Asia Awards 2011" müsabiqəsinin finalında ümumilikdə 80 ölkədən 29 layihə iştirak edib. Onlara misal olaraq Çini, Hindistanı, Sinqapuru, Avstraliyanı, Honkonqu, İndoneziyanı, Yaponiyanı, Malayziyanı, Cənubi Koreyanı, Tayvanı, Tailandı, BƏƏ-ni və Azərbaycanı göstərmək olar. Layihələr "Ən yaxşı biznes mərkəzi", "Ən yaxşı "yaşıl" bina", "Ən yaxşı hotel və kurort zonası", "Ən yaxşı qarışıq tipli bina", "Ən yaxşı yaşayış binası" kimi nominasiyalarda və "Ən yaxşı Çinin gələcək layihəsi", "Ən yaxşı ticarət mərkəzi" və "Şəhər tikililərinin yeniləşdirilməsi üzrə ən yaxşı layihə" kimi digər nominasiyalarda da təqdim olunublar.

Qaliblərin adı münsiflər heyətinin qapalı səsverməsinin, həmçinin sərgi iştirakçılarının onlayn rejimdə virtual qiymətlərinin nəticələrinə əsasən, 2011-ci ilin noyabrın 16-da məlum olacaq.

Xarici investisiyaları Sakit okean regionunda tikintiyə cəlb etmək, həmçinin regional investorlar üçün effektiv əlaqələri təşkil etmək məqsədini daşıyan "MIPIM Asia" beynəlxalq daşınmaz əmlak sərgisi 2006-cı ildən bəri hər il Honkonqda keçirilir.

"Bakı Ağ Şəhər" layihəsi "Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq olunması haqqında Azərbaycan Prezidentinin fərmanı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti