...

Bank Standard-ın nağdsız ödənişlərin stimullaşdırılması üzrə aksiyası davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2011 12:26 (UTC +04:00)
Azərbaycan bankın "Bank Standard"ın keçirdiyi "Sarı bankomat" adlı növbəti uduşlu aksiya başa çatıb.
Bank Standard-ın nağdsız ödənişlərin stimullaşdırılması üzrə aksiyası davam edir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycan bankın "Bank Standard"ın keçirdiyi "Sarı bankomat" adlı növbəti uduşlu aksiya başa çatıb.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, bu aksiyada "Bank Standard"ın müştəriləri ilə yanaşı, digər banklara aid "MasterCard" və "Visa" plastik kart sahibləri də iştirak edib.

Aksiyanın şərtlərinə əsasən, "Bank Standard"ın sarı rəngə boyanmış bankomatlarından nağd pul çıxaran plastik kart sahibləri 50 manat məbləğində pul uduşlarına sahib olmaq imkanı qazanıblar. Uduşu təsdiq edən xüsusi lazerli holoqram bəzi 50 manatlıq əskinasların üzərində yerləşdirilib.

Pul uduşlarını aksiyanın başa çatdığı tarixdən sonrakı 90 iş günü ərzində "Bank Standard"ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən Müştərilərə Xidmət Mərkəzində almaq olar. Uduşu almaq üçün qeyd olunan holoqramlı əsginası təqdim etmək kifayətdir.

"Bank Standard" nağdsız ödənişləri stimullaşdırmaq istiqamətində fəaliyyətini genişləndirməkdə davam edir. Hazırda bank tərəfindən buraxılmış bütün kart sahiblərini əhatə edən "Kartla ödə, "Black Berry" qazan!" aksiyası başa çatmaq üzrədir. Bu il oktyabrın 15-dək qədər davam edəcək bu aksiyanın uduş fondunu 10 ədəd "Black Berry Torch 9800" mobil telefonu təşkil edir. Lotereyanın tirajı isə oktyabrın 28-də "Bank Standard"ın Müştərilərə Xidmət Mərkəzində keçiriləcək.

Bankdan bildirib ki, yuxarıda göstərilən aksiya başa çatdığı tarixdən dərhal sonra, yəni oktyabrın 16-da kart sahibi olan müştəriləri üçün yeni daha geniş həcmli bir aksiyaya başlanacaq. Gələn il sentyabrın 30-dək davam edəcək "Kartla ödə, APPLE qazan!" aksiyasının 4 mərhələsinin hər birində ardıcıl olaraq 10 ədəd "MacBook Pro" noutbuku, daha sonra 10 ədəd "McBook Air" noutbuku, 10 ədəd "i-Pad" planşeti və nəhayət, 10 ədəd "i-Phone" mobil telefonunun ən son modeli oynanılacaq. Kampaniyada iştirak etmək üçün "Bank Standard" tərəfindən buraxılmış kartların sahibləri cari ilin oktyabrın 16-dan 2012-ci ilin sentyabr ayının 30-dək POS-terminal, bankomat (ATM), habelə "Mobile Banking" xidməti vasitəsilə və ya internetdə ödənişləri plastik kartları ilə aparmalıdırlar. İştirakçıların xərclədikləri hər 10 şərti vahid (manat, dollar, frank və avro) müqabilində onlar bir lotereya şansı əldə edəcəklər.

Aksiya ərzində "Bank Standard"ın bir və ya bir neçə kart məhsulunu əldə edən müştərilər də aksiyanın iştirakçısı olacaq.

Xəbər lenti

Xəbər lenti