...

Azərbaycanda vergi terminallarının funksionallığı genişlənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2011 14:13 (UTC +04:00)
Azərbaycanda vergi terminalları xidmət mərkəzlərinə çevriləcək.
Azərbaycanda vergi terminallarının funksionallığı genişlənəcək

Azərbaycan, Şamaxı, 24 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda vergi terminalları xidmət mərkəzlərinə çevriləcək. Trend-in məlumatına görə, bunu şənbə günü Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov "Müstəqil Azərbaycanın vergi sistemi" adlı seminarda deyib.

Jurnalistlər üçün təşkil olunan seminar sentyabrın 23-24-də nazirliyin Şamaxıda yerləşən tədris mərkəzində keçirilir.

"Nazirlik vergi terminallarının xidmət dairəsinin genişləndirilməsi üzrə işlər aparır və sakinlərə nəinki vergi sahəsində, eləcə də digər sahələrdə xidmət göstərməsi üçün terminalların gələcəkdə xidmət mərkəzlərinə çevrilməsini planlaşdırır", - Məmmədov bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə vergi terminallarının xidmət dairəsi elektron sənədlərin qəbulu, elektron ödəmələr, (mühasibat işi və digər) peşəkar təlimlərin keçirilməsi, kommunal ödəmələrinin qəbulu, dövlət orqanlarında işə qəbul məsələləri üzrə məsləhət məsələlərini də əhatə edəcək.

"Hazırda ölkədə 27 vergi terminalı fəaliyyət göstərir, 2013-cü ilədək onların sayını 55-ə çatdırmaq planlaşdırılır ki, bunların 5-i Bakıda, 2-si Sumqayıt və Gəncədə (hər birində) və 46-sı digər regionlarda olacaq", - Məmmədov deyib.

Onun sözlərinə görə, 2012-ci ildə nazirlik 12, 2013-cü ildə isə 10 terminal açacaq.

Vergiödəyicilər bu terminallar vasitəsilə vergi orqanları ilə elektron sənəd mübadiləsi apara, bəyannamə və sair hesabat sənədlərini onların daha sonra göndərilməsi perspektivi ilə hazırlaya, habelə bu işlərlə bağlı lazımi izahatları ala bilərlər. Həmçinin, terminallarda vergiödəyicilərin şəxsi səhifələrindəki göstəricilərə baxış keçirmə imkanı da təmin edilib.

Xəbər lenti

Xəbər lenti