...

Naxçıvan Avtomobil Zavodu yanvarda yolsuzluq avtomobillərin buraxılışına başlayacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2011 18:38 (UTC +04:00)
Naxçıvan Avtomobil Zavodu (NAZ) bu il "Lifan" markalı 360 avtomobil satıb və bu avtomobillər hazırda Naxçıvan Muxtar Respublikasında taksi xidmətləri üçün istifadə olunur.
Naxçıvan Avtomobil Zavodu yanvarda yolsuzluq avtomobillərin buraxılışına başlayacaq (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

Naxçıvan Avtomobil Zavodu (NAZ) bu il "Lifan" markalı 360 avtomobil satıb və bu avtomobillər hazırda Naxçıvan Muxtar Respublikasında taksi xidmətləri üçün istifadə olunur. Bu barədə Trend-ə çərşənbə axşamı NAZ-ın direktoru Musa Abdullayev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərin dəyişdirilməsi və onların ekoloji və texniki tələblərə uyğunlaşdırılması aparılır. NAZ tərəfindən istehsal olunan avtomobillər bütün bu tələblərə uyğundur və onlardan Bakı və Azərbaycanın digər regionlarında taksi kimi uğurla istifadə etmək olar.

Həmçinin, mühüm məsələlərdən biri də odur ki, NAZ bütün istehsal etdiyi avtomobillərə Azərbaycan ərazisində texniki dəstək verir. Bundan əlavə, avtomobili alanda çox sərfəli və effektiv kredit proqramları tətbiq olunur, xüsusil də avtomobillər faizsiz kreditlə satılır.

Abdullayevin sözlərinə görə, gələn ilin yanvar ayında zavod yolsuzluq avtomobillərinin buraxılışına başlamaq niyyətindədir.

Naxçıvan Avtomobil Zavodunun tikintisi 2008-ci ildə başlayıb. O, cari il yanvarın 11-də istismara verilib.

2009-cu ilin mayında Pekində keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində NAZ və "Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co., Ltd" Avtomobil Korporasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə "Lifan" markalı minik avtomobillərinin Naxçıvanda yığılmasını nəzərdə tutur.

Zavodda Almaniya, Belçika və İtaliya istehsalı olan avadanlığın son modellərindən istifadə edilir. Zavodun ümumi ərazisi 2,6 hektar təşkil edir. Zavodun gücü ildə beş min avtomobil istehsalından ibarətdir.

Xəbər lenti

Xəbər lenti