...

Naxçıvan Avtomobil Zavodu əhalinin güzəştli təbəqəsi üçün avtomobil tədarük edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2011 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

Naxçıvan Avtomobil Zavodu (NAZ) Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 304 ədəd "Lifan" markalı avtomobilin tədarükü üzrə saziş imzalayıb. Bu barədə Trend-ə çərşənbə günü NAZ-ın direktoru Musa Abdullayev deyib.

Onun sözlərinə görə, zavodun nazirliyə tədarük edəcəyi avtomobillər əhalinin güzəştli təbəqəsinə təqdim olunacaq.

Naxçıvan Avtomobil Zavodunun tikintisi 2008-ci ildə başlayıb. O, cari il yanvarın 11-də istismara verilib.

2009-cu ilin mayında Pekində keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində NAZ və "Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co., Ltd" Avtomobil Korporasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə "Lifan" markalı minik avtomobillərinin Naxçıvanda yığılmasını nəzərdə tutur.

Zavodda Almaniya, Belçika və İtaliya istehsallı avadanlığın son modellərindən istifadə olunur. NAZ-ın ümumi ərazisi 2,6 hektar təşkil edir. Zavodun gücü ildə beş min avtomobil istehsalından ibarətdir.

Xəbər lenti

Xəbər lenti