...

Azərbaycanda ipoteka istiqrazlarının dördüncü emissiyası yerləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 20:54 (UTC +04:00)
Oktyabrın 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Azərbaycanda ipoteka istiqrazlarının dördüncü emissiyası yerləşdiriləcək

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir N.İsmayılova/

Oktyabrın 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Birjadan cümə günü Trend-ə verilən məlumata görə, hərraca 3 000 000 manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. İstiqrazlar nominal qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi - 28 avqust 2018-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Sentyabrın 30-na olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti