...

Aİ, MDB, Baltik və Asiya regionu ölkələrindən olan sahibkarlar iqtisadiyyatların rəqabətədavamlılığını yüksəltmək üçün səyləri birləşdirirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2011 13:59 (UTC +04:00)
"Sənayeçilərin, sahibkarların ictimai birliklərinin və hakimiyyət orqanlarının sistemli qarşılıqlı fəaliyyəti uğurlu sosial-iqtisadi inkişafın ayrılmaz şərti kimi" beynəlxalq konfransının yekun sənədinin qəbulu iştirakçı ölkələrin işgüzar dairələrinin nüfuzunun gələcək artımı və iqtisadiyyatlarınrəqabətə davamlılığını yüksəltmək üçün əsas verəcək.
Aİ, MDB, Baltik və Asiya regionu ölkələrindən olan sahibkarlar iqtisadiyyatların rəqabətədavamlılığını yüksəltmək üçün səyləri birləşdirirlər (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir N.İsmayılova/

"Sənayeçilərin, sahibkarların ictimai birliklərinin və hakimiyyət orqanlarının sistemli qarşılıqlı fəaliyyəti uğurlu sosial-iqtisadi inkişafın ayrılmaz şərti kimi" beynəlxalq konfransının yekun sənədinin qəbulu iştirakçı ölkələrin işgüzar dairələrinin nüfuzunun gələcək artımı və iqtisadiyyatlarınrəqabətə davamlılığını yüksəltmək üçün əsas verəcək.

Bu barədə Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi (SSBK) şurasının sədri Anatoli Kinax cümə axşamı Bakıda keçirilən konfransın gedişində deyib.

"Konfransda Aİ, MDB, Baltik və Asiya regionunun 30-a yaxın ölkəsi iştirak edir və biz ümid edirik ki, iştirakçı ölkələrin parlamentlərinə və ali rəhbərliyinə göndəriləcək bugünkü konfransın yekunları üzrə imzalanacaq qətnamə konqresin fəaliyyət səylərinin gələcəkdə möhkəmlənməsinə əsas yaradacaq", - Kinax deyib.

Onun sözlərinə görə, mühüm olan təkcə mövcud problemlərin aradan qaldırılması deyil, həm də iştirakçı ölkələrin iqtisadiyyatlarının rəqabətədavamlılığının inkişafı və yüksəlməsi üçün səylərin göstərilməsidir ki, bu da əməkdaşlığın müxtəlif istiqamətlərində fəal işlərin görülməsini tələb edir.

Oktyabrın 6-da Bakıda konfransla yanaşı, SSBK-nin növbəti iclası da keçirilir.

Konfransın açılışında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına təbrik məktubunu oxuyub. Eyni zamanda Ukraynanın Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti olan Kinax Ukrayna Prezidentinin təbrik məktubunu oxuyub.

SSBK-nın prezidenti Viktor Qluxixin sözlərinə görə, konqresin biznesin və hakimiyyətin effektiv əməkdaşlığının dəstəklənməsi üzrə fəaliyyəti tərəflər arasında bərabərhüquqlu tərəfdaşlıq, paritet əsas üzrə ağıllı dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlıq, eləcə də qərarların qəbulu zamanı biznes-strukturların fikrini hakimiyyətin diqqətə alması kimi istiqamətləri əhatə edir.

Xəbər lenti

Xəbər lenti