...

DəmirBank 22 illiyini qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2011 19:45 (UTC +04:00)
DəmirBank-ın fəaliyyətinin 22 ili tamam olur. 6 oktyabr 1989-cu ildə yaranan və 2009-cu ilədək "Azərdəmiryolbank" adı ilə fəaliyyət göstərən DəmirBank ölkənin ilk və aparıcı banklarındandır.
DəmirBank 22 illiyini qeyd edir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Cümə axşamı DəmirBank-ın fəaliyyətinin 22 ili tamam olur. 6 oktyabr 1989-cu ildə yaranan və 2009-cu ilədək "Azərdəmiryolbank" adı ilə fəaliyyət göstərən DəmirBank ölkənin ilk və aparıcı banklarındandır.

Ölkənin müstəqilliyinin ilk illərində iqtisadi çətinlikləri geridə qoyaraq, sonrakı illərdə iqtisadi inkişaf şəraitində DəmirBank fəaliyyətini genişləndirib və hazırda müştərilərə ən geniş çeşiddə bank xidmətləri göstərir.

Bankın tarixi nailiyyətləri sırasında Avropa Yenidənqurma və İnkişaf Bankının 2005-ci ildən "25% + 1 səhm" paketi ilə, 2007-ci ildən isə 10% səhm paketi ilə Niderland İnkişaf Maliyyə Şirkətinin Bankın səhmdarları sırasına daxil olmasını qeyd etmək olar.

2004-cü ildə DəmirBank ölkənin özəl bankları sırasında ilk dəfə olaraq beynəlxalq reytinq alıb. DəmirBank hazırda Fitch Ratings agentliyinin "stabil" proqnozu ilə "B-" və Planet Rating agentliyinin "pozitiv" proqnozu ilə "B+" reytinqinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda ən yüksək reytinqlər sırasındadır, reytinqlər üzrə proqnozlar isə Bankın uğurlu inkişafını əks etdirir.

DəmirBank ölkədə ən geniş xidmət şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda 31 filialı və şöbəsi fəaliyyət göstərir, bunlardan 13-ü Bakı şəhərində, 18-sı isə ölkənin digər regionlarında yerləşir.

DəmirBank kreditləşmə və ticarətin maliyyələşdirilməsi proqramları üzrə beynəlxalq təşkilatlarla, eləcə də dövlət proqramları üzrə Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlıq edir. DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə "Əmanətlərin sığortalanması haqqında" Qanunun şərtlərinə uyğun olaraq əmanətlərin sığortalanmasını təmin edir.

DəmirBank son illərdə bir çox mühüm strateji işlər həyata keçirir. Bank institusional inkişaf, korporativ idarəetmə, risklərin idarə edilməsi, daxili audit, marketinq fəaliyyəti, müştəri xidməti, kredit və digər əməliyyatlar, filial şəbəkəsi, informasiya texnologiyaları, insan resursları və digər sahələrdə mühüm işlər həyata keçirir. Bank müxtəlif istiqamətlərdə IFC, USAID və digər beynəlxalq təşkilatların konsaltinq dəstəyindən geniş istifadə edir.

DəmirBank fəaliyyətinin 22 illiyi münasibətilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.

Xəbər lenti

Xəbər lenti