...

KOICA-nın "Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması" layihəsinə dair qrant razılaşması imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 11:04 (UTC +04:00)
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov oktyabrın 11-də KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) "Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması" Layihəsinə dair Qrant Razılaşmasını imzalamışlar.
KOICA-nın "Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması" layihəsinə dair qrant razılaşması imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov oktyabrın 11-də KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) "Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması" Layihəsinə dair Qrant Razılaşmasını imzalamışlar.

Koreya Respublikası höküməti adından KOICA layihənin 2011-2013-cü illərdə 24 ay ərzində həyata keçirilməsi üçün 4,200,000 ABŞ dolları (dörd milyon iki yüz min ABŞ dolları) həcmində büdcə ayırmışdır.

Layihənin məqsədləri 1) ictimaiyyətə daha yaxşı xidmətlər göstərilə bilməsi üçün AzStand tərəfindən Əqli Mülkiyyət Hüquqlarının (ƏMH) idarəedilməsi sisteminin səmərəliliyini və məhsuldarlığını yaxşılaşdırmaq, 2) AzStand-ın ƏMH üzrə inzibati işlərinin avtomatlaşdırılması üçün kompüterləşdirilimiş sistemin yaradılması, Azərbaycanın ƏMH üzrə milli məlumat bazası toplusunun yaradılması və ictimaiyyət üçün Rəqəmsal ƏMH Kitabxanasının yaradılması, 3) təlim proqramlarına dəvət və ekspertlər ezam etməklə, habelə AzStand nəzdində Təlim Mərkəzinin yaradılması, AzStand rəsmilərinə və mühəndislərinə zəruri texnologiyanın, bilik və bacarıqların ötürülməsi vasitəsilə AzStand rəsmiləri və mühəndislərinin bilik və bacarıqlarının artırılması, 4) Azərbaycanda ƏMH sisteminin davamlılığının təmin edilməsidir.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlətin qrant yardımını və texniki əməkdaşlıq proqramlarını həyata keçirən Koreya Respublikasının dövlət agentliyidr. KOICA-nın əməkdaşlıq etdiyi 43 ölkədə Nümayəndəliyi vardır.

Xəbər lenti

Xəbər lenti