...

Azərbaycanda pensiyaların baza hissəsinin artırılması 2013-cü ilə nəzərdə tutulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2011 15:28 (UTC +04:00)
Azərbaycanda yaş üzrə əmək pensiyalarının baza hissəsinin məbləği gələn il 2010-cu və 2011-ci illər səviyyəsində - 85 manat - dəyişməz qalacaq.
Azərbaycanda pensiyaların baza hissəsinin artırılması 2013-cü ilə nəzərdə tutulub

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda yaş üzrə əmək pensiyalarının baza hissəsinin məbləği gələn il 2010-cu və 2011-ci illər səviyyəsində - 85 manat - dəyişməz qalacaq. Trend-in məlumatına görə, baxılmaq üçün Milli Məclisə təqdim olunmuş 2012-ci və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsində deyilir.

Pensiyaların baza hissəsinin növbəti artımı 2013-cü il üçün nəzərdə tutulub. 2013-cü ildə baza hissəsinin 105 manata, 2014-cü ildə 110 manata, 2015-cü ildə isə 115 manatadək artırılması nəzərdə tutulur.

Bununla yanaşı, pensiyaçılar üçün pensiyaların baza hissəsinin yaşayış minimumuna nisbəti 2012-ci ildə 103,6 faiz, 2013-cü ildə 103,9 faiz, 2014-cü ildə 102,4 faiz, 2015-ci ildə isə 101,2 faiz təşkil edəcək. 2010-cu ildə bu göstərici 97,7 faiz, cari ildə 117,8 faiz olub.

Azərbaycanda əmək pensiyası iki hissədən - baza və sığorta hissəsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti