...

Azərbaycanda sement və asfalt istehsalının artımı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2011 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir E.İsmayılov/

2015-ci ilə qədər Azərbaycanda sement istehsalı 4,56 milyon tona çatacaq. Cari ildə isə bu göstəricinin 1,27 milyon tondan çox olacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə baxılması üçün ölkənin Milli Məclisinə təqdim edilən "2012-ci il və növbəti üç il dövlət büdcəsi zərfi" layihəsində deyilir. Ötən il ölkədə təqribən 1,28 milyon ton sement istehsal edilib.

Layihədə deyilir ki, proqnozlara əsasən, qarşıdakı ildə ölkədə 1,6 milyon tondan çox sement istehsal ediləcək. 2013-cü ildə bu rəqəm təqribən 1,9 milyon ton, 2014-cü ildə isə 4,56 milyon ton təşkil edəcək.

2015-ci ildə, həmçinin, asfaltın istehsalının artaraq 1,14 milyon tona çatacağı gözlənilir. Cari ildə isə bu rəqəmin 968,6 min ton təşkil edəcəyi planlaşdırılır. Ötən il Azərbaycanda 888,1 min ton asfalt istehsal edilib.

Proqnozlara əsasən, qarşıdakı ildə respublikada asfalt istehsalı 1 milyon tondan çox olacaq. Bu göstərici 2013-cü ildə 1,08 milyon ton, 2014-cü ildə isə 1,11 milyon ton təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti