...

"Azərsu" ödənişlərini "DəmirBank"ın saytında həyata keçirmək mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2011 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycan bankı "DəmirBank"ın internet saytında "BillPay" onlayn ödəniş xidməti vasitəsilə artıq "Azərsu" ödənişlərini də həyata keçirmək mümkündür. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Bu sistemlə bankın kart sahibləri müvafiq səhifədə (https://billpay.demirbank.az) qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet-provayder və kabel TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilər.

Onlayn ödənişlər VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsilə dərhal həyata keçirilir. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə DəmirBank-a 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilər.

DəmirBank eləcə də plastik kart sahibi olmayan müştərilərə bankın filiallarında kommunal (işıq, qaz, su), stasionar və mobil rabitə, internet, kabel TV və DYP cərimələrinin ödənişlərini təklif edir.

DəmirBank-ın plastik kartlarını əldə etmək üçün bankın filiallarında və ya http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində onlayn qaydada sifariş etmək olar.

Xəbər lenti

Xəbər lenti