...

Ermənistanın xarici borcu artıq məntiqi həddi aşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2011 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Yeni maliyyə-iqtisadi böhran dalğası baş verəcəyi təqdirdə, Ermənistan borcların cəlb edilməsinə ümid edə bilməz. Trend-in ARKA agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə cümə axşamı Ermənistan Mərkəzi Bankının (EMB) sabiq sədri Baqrat Asatryan "Orakarq" qəzetinə müsahibəsində deyib.

"Yüksək inflyasiya şəraitində - ötən ilin analoji dövri ilə müqayisədə 2011-ci ilin 10 ayı ərzində istehlak qiymətlərinin artımı 8,3 faiz təşkil edib və özəl transfertlərin aşağı səviyyəsi ilə Ermənistan yeni xarici borcların cəlb edilməsinə arxalana bilməz", - Asatryan bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar köməyə ehtiyacı olan üzvlərinin xilas edilməsi yollarının axtarılmasına yönəliblər. Bunu nəzərə almaqla, EMB-nin sabiq sədri hesab edir ki, Ermənistan kimi ölkələr tamamilə maliyyələşmədən kənarda qala bilərlər, üstəlik, Ermənistanın xarici borcu artıq məntiqi həddi keçib.

İnflyasiyanın azaldılması üçün EMB-nin apardığı bahalı pullar siyasətinə gəlincə, Asatryan hesab edir ki, bu, nəzəri olaraq özünü doğruldub. Mərkəzi Bank inflyasiyanın qarşısını almaq üçün hər şey edib, hətta etməli olmadığı şeyləri də edib, xüsusilə, ilin birinci yarısında təxminən 150 milyon dolları sataraq valyuta intervensiyası həyata keçirib.

Onun sözlərinə görə, 2-3 il ərzində Ermənistanda inflyasiya monetar faktorlar deyil, xarici təzyiqlərdən asılıdır. Buna görə də inflyasiya ilə mübarizədə təkcə monetar alətləri tətbiq etmək deyil, həm də hökuməti hərəkətə gətirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti