...

Azərbaycanda un və çörəyin qiyməti ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2011 10:49 (UTC +04:00)
Azərbaycanda unun qiymətinin aşağı düşməsi nəticəsində çörəyin qiyməti də ucuzlaşıb.
Azərbaycanda un və çörəyin qiyməti ucuzlaşıb

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda unun qiymətinin aşağı düşməsi nəticəsində çörəyin qiyməti də ucuzlaşıb. Bu barədə Trend-ə çörək istehsalçısı xəbər verib.

"Əgər bundan əvvəl unun bir kisəsi 20-22 manata idisə, indi onun qiyməti 15-16,5 manatadək aşağı düşüb ki, bu da iri çörək istehsalçılarına çörəyi daha aşağı qiymətə satmağa imkan verir. Nəticədə çörəyin pərakəndə qiyməti 40 qəpikdən 35 qəpiyədək ucuzlaşıb", - çörək istehsalçısı bildirib.

Onun sözlərinə görə, gələcəkdə unun qiymətinin aşağı düşməsi çörəyin qiymətinin azalmasına gətirib çıxaracaq.

Azərbaycanda buğdaya ümumi tələbat 3-3,2 milyon tondur. Bu il sahələrdən 2,5 milyon tona yaxın buğda yığılıb ki, bu da builki proqnozlara uyğundur. Çatışmayan hissəni Azərbaycan Rusiya və Qazaxıstandan idxal edir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-sentyabrda Azərbaycan 57,17 milyon dollar dəyərində buğda idxal edib ki, bu da ümumi idxalın 0,83 faizini təşkil edir və ötən ilin analoji dövr göstəricisini 56,9 dəfə üstələyir.

İl ərzində buğda idxalı 6,27 faiz artıb ki, bu da həmin müddət ərzində ölkədə idxalın ümumi həcminin 2,86 faizi qədərdir.

Xəbər lenti

Xəbər lenti