Azərbaycan, Bakı, 11 noyabr /Trend müxbir A.Axundov/
İlin əvvəlindən Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20-dən çox çörək sexini bağlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Komitənin rəhbəri Ramiz Həsənov deyib.
Həsənovun sözlərinə görə, Komitə 2-3 nəfərin işlədiyi kiçik sexlərə qarşı nəzarəti gücləndirib.
"Demək olmaz ki, Azərbaycanda çörək sexləri ilə bağlı vəziyyət yaxşıdır. Antisanitariya şəraitində işləyən sexlər var. Komitənin nəzdində "qaynar xətt" fəaliyyət göstərir. Biz əhalidən xahiş edirik ki, belə sexlərın mövcudluğu barədə bizə məlumat versinlər", - Həsənov deyib.