...

Azərbaycanın ən iri "Zəfəran" apteklər şəbəkəsi tələbələr üçün aksiyaya başlayır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2011 11:53 (UTC +04:00)

İmtahanlara lap az qalıb! Xəstələnmək vaxtı deyil! Azərbaycanın ən iri "Zəfəran" apteklər şəbəkəsi bu deviz altında tələbələr üçün aksiyaya başlayır!

Dünya səhiyyə işçiləri müəyyən ediblər ki, son illərdə tələbələrin ümumi sağlamlığı ciddi təhlükə altındadır. "Gənclər əhalinin ən sağlam təbəqəsidir" fikrinə baxmayaraq, demək olar ki, bütün kateqoriyalar üzrə ən yüksək xəstələnmə məhz 18-25 yaş arasında müşahidə olunur.

İlk növbədə, əlbəttə ki, bütün bunlar gərgin tədris proqramı, yanlış qida qəbulu, qış mövsümündə uzun müddət sinif və kitabxanalarda keçirilən vaxtla izah olunur. Bu da tez-tez müxtəlif xroniki xəstəliklərin tutulmasına gətirib çıxarır. Nəticədə tələbələrin ümumi çalışma faizi aşağı düşür, buradan da digər problemlər qaynaqlanır: tədrisin keyfiyyətinin aşağı düşməsi, dərs müvəffəqiyyətsizliyi və s...

Xüsusilə qış sessiyası zamanı tələbələrin sağlamlığını təmin edən faktorlardan biri mövsümi xəstəliklərin qarşısının vaxtında alınması, yəni profilaktikasıdır.

Noyabrın 17-dən 30-dək "Zəfəran" apteklər şəbəkəsində Beynəlxalq Tələbə Gününə həsr olunmuş endirim aksiyası keçiriləcək.

Aksiyada universitet, texnikum və kollec tələbələri tələbə biletlərini təqdim etməklə 10 faiz güzəşt əldə edəcəklər. Tələbələr istənilən "Zəfəran" aptekindən vitaminləri, qida əlavələrini, soyuqdəymə və qrip əleyhinə dərman vasitələrini, habelə tibbi və kosmetik məhsulları endirimlə ala biləcəklər.

Aksiya haqqında məlumatı şəhər telefonlarından və bütün mobil operatorlardan
* 8811 qısa nömrəsinə yığmaqla əldə edə bilərsiniz.

"Zəfəran" apteklər şəbəkəsinin əsası 2008-ci il, dekabr ayında qoyulmuşdu.
Bu gün, "Zəfəran" apteklər şəbəkəsinə, aparıcı ölkələrdən gələn eksklüziv dərman preparatlarını, geniş təmsil edən 60 apteklər daxildir: Almaniya, Fransa, Britaniya, Belçika, İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya, Çex Respublikası, Slovakiya, Türkiyə, Yaponiya, və s.
Şirkət, fəaliyyətini, dünya əczaçılıq bazarının ən yaxşı nümunələri üzərində istiqamətləndirərək, yalnız yüksək keyfiyyətli dərman preparatları və etibarlı təchizatçılarla işləyir.

Xəbər lenti

Xəbər lenti