Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın Maliyyə və Xarici İşlər nazirlikləri (XİN) xaricdə işləyən XİN əməkdaşlarının əməkhaqlarının indeksləşdirilməsi üzrə işlərin aparılması haqqında razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı parlamentin Mədəniyyət, Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin "2012-ci ilin dövlət büdcəsi" layihəsinə həsr olunmuş birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
"İndeksləşmə XİN əməkdaşlarının işlədiyi ölkələrdə inflyasiyanın səviyyəsinə uyğun aparılacaq", - Şərifov bildirib.
Azərbaycanda işləyən diplomatların əməkhaqlarına gəlincə, nazir deyib ki, XİN əməkdaşları ölkədəki digər dövlət qulluqçuları kimi eyni hüquqlardan istifadə edirlər.
"Onlar, məsələn, Ədliyyə Nazirliyinin əməkdaşları və ya istənilən digər dövlət strukturunun dövlət qulluqçuları kimidir. Biz bunları nəzərə almalıyıq", - Şərifov deyib.
Bir müddət əvvəl Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, 2012-ci ildə XİN əməkdaşlarının əməkhaqları üzrə gözlənilən artım xərcləri kifayət etmir.