...

Azərbaycanda Aİ-nin tvinninq layihəsi çərçivəsində maliyyə idarəçiliyinin müasir metodları təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2011 16:03 (UTC +04:00)
"Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək" tvinninq layihəsinin komponentlərindən biri kimi müasir audit metodları və maliyyə idarəçiliyi üzrə xüsusi təlim və seminarlarının keçirilməsinə başlanılıb.
Azərbaycanda Aİ-nin tvinninq layihəsi çərçivəsində maliyyə idarəçiliyinin müasir metodları təqdim olunub

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir N.İsmayılova/

"Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək" tvinninq layihəsinin komponentlərindən biri kimi müasir audit metodları və maliyyə idarəçiliyi üzrə xüsusi təlim və seminarlarının keçirilməsinə başlanılıb. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Tvinninq layihəsinin tərəfdaş ölkələrinin ekspertləri tərəfindən 28 noyabr - 01 dekabr 2011-ci il tarixlərində keçirilən ilk təlim-seminarlarda Maliyyə Nazirliyinin, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin və ayrı-ayrı nazirliklərin müvafiq əməkdaşları iştirakı ediblər.

Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Maliyyə Nazirliyinin benefisiarı olduğu "Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək" tvinninq layihəsinin icrasına 2011-ci ilin sentyabr ayından başlanılıb.

Almaniyanın Federal Maliyyə Nazirliyi və Estoniyanın Maliyyə Nazirliyi layihənin reallaşdırılması üzrə tərəfdaşlardır. Layihənin əsas vəzifəsi Azərbaycana beynəlxalq standartlara uyğun maliyyə nəzarəti sisteminin inkişafına dəstəyin göstərilməsidir.

Layihə 18 ay üçün nəzərdə tutulub, büdcəsi 800 min avrodur.

Xəbər lenti

Xəbər lenti