Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Dəmir Yolları" QSC Yeni il bayramı günlərində Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə turizm reysi təşkil etməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, bir sıra turizm şirkətləri Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reysin təşkil edilməsi məqsədilə artıq QSC-yə müraciət ediblər.
"Hələlik bu reysin dəqiq vaxtı müəyyənləşməyib, lakin bayram ərəfəsində təşkil ediləcək", - Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bu, turistləri müəyyən gündə Tbilisiyə çatdıracaq və sonradan onları Vətənə geri qaytaracaq bir reys olacaq.