...

Azərbaycanda kredit faizlərinin azalması bazarla tənzimlənməlidir – Mərkəzi Bank

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2011 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankının (AMB) bank kreditləri üzrə faizlərin azalması cəhdləri banklara inzibati təzyiq göstərmək istəyi kimi qiymətləndirilməməlidir. Trend-in məlumatına görə, bu barədə AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov bazar ertəsi jurnalistlərə bildirib.

"Müştərilərlə münasibətləri banklar özləri tənzimləyirlər, heç kimin onlara inzibati təzyiq göstərməyə haqqı yoxdur. Bunu sanki dövlətin, Mərkəzi Bankın bankların faziləri azaltmaları üçün onlara təzyiq göstərməsi kimi anlamaq lazım deyil. Biz elə makroiqtisadi şərait yaratmalıyıq ki, faizlərin azalması avtomatik olaraq bazar prinsiplərinin hesabına təmin olunsun", - Rüstəmov deyib.

Onun sözlərinə görə, ölkədə kreditlər üzrə bank faizlərinin azalması prosesi gedir.

"Biz xüsusilə böhrandansonrakı dövrdə bu istiqaməti müşahidə edirik, lakin daha əhəmiyyətli azalma istəyirik. Əgər biz ölkə iqtisadiyyatını şaxələndirmək istəyiriksə, onda kapitalın ucuzlaşması üzrə tədbirlər görməliyik. Bu kapitalın mənbələrindən biri isə bank kreditləridir", - Rüstəmov deyib.

Onun sözlərinə görə, bununla yanaşı, bank girovlarına görə faizlər də aşağı düşməlidir.

"Bank vəsaitlərinin əsas mənbəyi əhalinin girovlarıdır, lakin digər tərəfdən onlar kreditlər üzrə faiz dərəcələrini əks etdirirlər. Sosial nöqteyi-nəzərdən girov faizlərinin yüksək səviyyəsi də vacibdir. Bu proseslər paralel getməlidir. Bunun üçün biz daha aşağı inflyasiyaya nail olmalıyıq. Yaxın vaxtlarda ölkədə makroiqtisadi sabitliyin saxlanması, inflyasiyanın səviyyəsinin azalması üçün hansı tədbirlər görməli olacağımız barədə bəyanat verəcəyik", - Rüstəmov deyib.

2011-ci ildə real dərəcələrdən fərqli olaraq kreditlər və depozitlər üzrə nominal faiz dərəcələrində əsaslı dəyişiklik müşahidə olunmayıb. Belə ki, depozitlər üzrə orta faiz dərəcəsi 11 faiz, kreditlər üzrə - 16-17 faiz, sentyabrda cəlb edilmiş depozitlər və ayrılmış kreditlər üzrə müvafiq olaraq 11 və 16 faiz təşkil edib.

2011-ci ilin sentyabrında manatla depozitlər və kreditlər üzrə real dərəcə ötən ilin sentyabrı ilə müqayisədə müvafiq olaraq 5,6 faizdən 2,6 faizədək, 10 faizdən 7,6 faizədək azalıb.

Xəbər lenti

Xəbər lenti