...

Mərkəzi Bank və "Junior Achievement" tələbələrin maliyyə savadının artırılması üzrə treninq keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2011 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) və "Junior Achievement Azərbaycan" (JAA) təşkilatı ölkə məktəblərində iqtisadiyyatın tədrisi proqramı çərçivəsində "Banklar fəaliyyətdə" adlı layihəsini uğurla davam etdirirlər. Dekabrın 12-16-da bankın Tədqiqatlar və İnkişaf Mərkəzində (TİM) "Bankçılığın əsasları və Mərkəzi Bankın bank sistemində rolu" mövzusunda treninqlər keçiriləcək.

AMB-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın Kommunikasiya departamenti, TİM və JAA-nın təşkilatçılığı ilə keçirilən bu treninqlərin məqsədi ali məktəb tələbələrinin bank sahəsi üzrə biliklərinin artırılmasıdır. Treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də Bakı Dövlət və Qafqaz universitetlərinin iqtisadiyyat fakültələrinin müsabiqə yolu ilə seçilmiş 25 tələbəsi iştirak edəcək.

Mərkəzi Bankın mütəxəssisləri tərəfindən keçiriləcək 5 günlük treninqlərdə tələbələrə mərkəzi bankçılıq, bank sisteminin strukturu, bankların iqtisadiyyatda rolu, bank tənzimlənməsi və s. məsələlər haqqında ətraflı məlumatlar veriləcək. "Banklar fəaliyyətdə" adlı layihə "Azərbaycan məktəblərində iqtisadiyyatın tədrisi proqramı" çərçivəsində keçirilir və hazırkı təlim bu çərçivədə həyata keçirilən artıq üçüncü tədbirdir.

Treninq proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti