...

Kapital Bank "Zolotaya Korona" sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2011 12:02 (UTC +04:00)
Müştərilərin istəyini nəzərə alaraq 12 dekabr 2011-ci il tarixindən etibarən Kapital Bank "Zolotaya Korona" pul köçürmələri sistemi üzrə də xidmətlərə başlayıb.
Kapital Bank "Zolotaya Korona" sisteminə qoşulub

Azərbaycan, Bakı, 14 dekabr / Trend/

Müştərilərin istəyini nəzərə alaraq 12 dekabr 2011-ci il tarixindən etibarən Kapital Bank "Zolotaya Korona" pul köçürmələri sistemi üzrə də xidmətlərə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

İndi hesab açmadan Kapital Bankın bütün filiallarında Türkiyəyə, Rusiyaya, Çinə, Belarusa, Qazaxıstana, Ukraynaya, Qırğızıstana, Moldovaya, Tacikistana, Özbəkistana və digər bir sıra ölkələrə "Zolotaya Korona" sistemi vasitəsilə pul köçürmələri aparmaq olar. Bu sistemin əsas üstünlükləri köçürmə qiymətinin xeyli aşağı olmasıdır.

Hər köçürmə üçün komisyon haqqı köçürmə məbləğinin cəmi 1.5%-ni təşkil edir. Komisyon haqqı yalnız pulu göndərən şəxsdən tutulur. Köçürmə cəmi bir neçə dəqiqə ərzində həyata keçirilir. Pulun göndərilməsi, qəbulu prosedurları son dərəcə rahat və sadədir.

Kapital Bank ümid edir ki, müştərilər Bankın "Zolotaya Korona" pul köçürmələri sistemi üzrə xidmətlərindən də məmnun qalacaqlar.

Xəbər lenti

Xəbər lenti